Milli Məclisin deputatları Həmasın İsrailə hücumunun regionda ciddi problemlər yaratdığını düşünür

Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olan deputatlar Həmasın İsrailə hücumunu pisləyir. Deputatlardan Asim Mollazadə, Erkin Qədiri və Fazil Qəzənfərolğlu Amerikanın Səsinə müsahibsındə İsrailə hücum və bunun Yaxın Şərqdə yaradacağı problemlərdən danışıb.

Deputata Asim Mollazadə bildirib ki, Həmas-ın İsrailə hücumu insanlığa qarşı cinayətdir.

“Çünki terror, əlaxüsus qadınlara, uşaqlara qarşı bu formada olan terror insanlığa qarşı bir cinayətdir. Azərbaycan İsraillə birdir. Biz İsrail xalqını bu ağır gündə dəstəkləyirik və yaxınlarını itirənlərə baş sağlığı veririk. Mənə elə gəlir ki, terrora bu dünyada yer yoxdur”, o qeyd edib.

Mollazadə deyib ki, Azərbaycan terrordan əziyyət çəkən ölkədir.

“Bu bizim başımıza da gəlib. Biz İsrail xalqının acısına dəstək veririk. Çox istərdim ki, dünya terror ilə mübarizədə öz səylərini birləşdirsin. Bunun üçün bütün beynəlxalq təşkilatlar, sülh istəyən dövlətlər öz səylərini birləşdirərək birdəfəlik terrora son qoymalıdır”, o Amerikanın Səsinə bildirib.

Deputat Erkin Qədirli hesab edir ki, İsrailə qarşı hücum terrordur, qeyri-insani rəftardır.

“Anlaşılan odur ki, Orta Şərq heç bir zaman stabil olmayıb və çeşidli qüvvələr orada gərginliyin artmasında maraqlı olub. Bu da o qəbildən olan gedişatdır. İran var. İranın nüvə proqramı var. İsrail dəfələrlə açıq bildirib ki, nüvə proqramının başa çatmasına imkan verməyəcək. Bu baxımdan İran özünün gizli tərəfdaşları ilə İsrail üçün problemlər açmasında maraqlı ola bilər. Həmasın, Hizbullahın İrana bağlı olduğunu da bilinir. Bütün bunları kontekstdə götürəndə belə bir görüntü yaradır”, o belə fikriləşir.

Qədirli hesab edir ki, bu məsələdə Azərbaycanın mövqeyi həmişə dürüst və aydın olub.

“Özəliklə İsrail ilə strateji tərəfdaşlığını edir. İsrailin xüsusilə hərbi texnologiyaları, kəşfiyyat məlumatlarının mübadiləsi və sairə. Eyni zamanda İran qonşudur. Qonşu ilə davranmaq istəmişik. Bizdən heç bir zaman İran üzərinə hansısa təhdid olmayıb. İranın özünün hansısa kabusları var. Tarixi iddiaları, tələbləri var. Onlar da bizi qane etmir. Rusiya var. O da ayrı problem yaradan bir ölkədir. Bu çətin bölgədə Azərbaycanın dinc, sabit qalması özü çox böyük bir naliyyətdir və bunun da tarixi kökləri var. Bu cür davranmaqla sən dinc və sabit qala bilərsən”, deputat Ameriknaın Səsinə deyib.

Your browser doesn’t support HTML5

Fazil Qəzənfəroğlu: Həmas-ın İsrailə hücumu təxribatdır

Deputat Fazil Qəzənfəroğlu Həmas-ın İsrailə hücumu bir təxribat kimi qiymətləndirir.

“Bu bölgədə sülhə xidmət edən bri davranış deyil”.

Qəzənfəroğlu dinc əhaliyə qarşı olan münasibəti yanlış hesab edir.

“İsrail tərəfinin də dinc əhalini hədəfə götürməməsi üçün ciddi səylər göstərməsini istərdim. Çünki adətən terrorçu qrupların atdığı addımların nəticəsində ən çox zərəri dinc əhali çəkir”, o qeyd edib.

Qəzənfəroğlu İsrailin Azərbaycana dost ölkə olduğunu xatırladıb.

“Bu səbəbdən biz İsrailin hər hansı sıxıntı yaşamasını istəmirik. Eyni zamanda, Fələstin də bizə dost ölkədir və bizim müsəlman qardaşlarımızdır. Bütün hallarda savaşın geniş miqyas almasının əleyhinəyik. Bu savaşa təhik edən, ona zəmin hazırlayan qüvvələrin fəaliyyətini də pisləyirəm. Mülki əhaliyə qarşı bu cür davranışın müsbət nəticə verməyəcəyini və bunun çox amansız cavabının olacağını bildikləri halda bu addımı atmaq həm də fələstinlilərin özünü risk altında qoymaqdır”.

Deputat Azərbaycanın mövqeyindən danışarkən deyib ki, Azərbaycan müharibənin tez bir zamanda dayanmasını istəyir.

“Problem danışıqlar yolu nizamlanmaya qaytısın. Əks halda insan faciələrinin ağır nəticələrini görəcəyik”, o qeyd edib.

O regionda baş verənlərin böyük güclərin təxribatı olduğunu güman edir.

“Bu bölgədə müharibə yaratmaq üçün böyük güclərin qurduğu ssenaridir”, deputat Amüerikanın Səsinə deyib.