Accessibility links

ABŞ-ın təyyarədaşıyan gəmisi İsrailə yaxınlaşıır


Arxiv fotosu - ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Gerald R. Ford təyyarədaşıyan gəmisi, 8 aprel 2017.
Arxiv fotosu - ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Gerald R. Ford təyyarədaşıyan gəmisi, 8 aprel 2017.

Birləşmiş Ştatlar yüzlərlə mülki vətəndaşın ölümü ilə nəticələnən terror hücumundan sonra İsrailə dəstək olmaq üçün özünün ən yeni və ən qabaqcıl təyyarədaşıyan gəmisini tam aviadaşıyıcı zərbə qrupu ilə birlikdə regiona göndərir.

ABŞ Müdafiə Naziri Lloyd Austin bazar günü verdiyi açıqlamada ABŞ-ın “regional çəkindirmə səylərini gücləndirmək üçün Müdafiə Nazirliyinin bölgədəki mövqeyini gücləndirmək” məqsədilə USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin zərbə qrupunu Aralıq dənizinin şərqinə köçürdüyünü açıqlayıb.

USS Gerald R. Ford və onun 4000-dən çox dənizçisi ilk dəfə keçən il regiona yerləşdirilib. ABŞ Hərbi Dəniz Qüvvələri rəsmiləri tərəfindən “Amerikanın ən böyük və ən döyüşən gəmisi” kimi təsvir edilən gəmi Birləşmiş Ştatların hər hansı digər təyyarədaşıyan gəmisindən 30 faiz daha çox missiyaları yerinə yetirməyə imkan verən yenilənmiş uçuş göyərtəsinə malikdir.

Bundan əlavə, Müdafiə naziri Austin ABŞ-ın Yaxın Şərqdə ABŞ Hərbi Hava Qüvvələrinin F-35, F-15, F-16 və A-10 döyüş təyyarələri eskadrilyalarını gücləndirmək üçün addımlar atdığını bildirib.

O, ABŞ-ın İsrail ordusunu yaxın günlərdə çatdırılacaq əlavə avadanlıq, resurs və döyüş sursatları ilə təmin edəcəyini bildirib. Pentaqonun bildirdiyinə görə, Austin bunu bazar günü İsrailin müdafiə naziri Yoav Gallantla telefon danışığı zamanı təsdiqləyib.

“Birgə güvvələrimizin mövqeyinin gücləndirilməsi İsrailə tez bir zamanda təqdim edəcəyimiz maddi dəstəyə əlavə olaraq, Birləşmiş Ştatların İsrail Müdafiə Qüvvələrinə və İsrail xalqına verdiyi davamlı dəstəyi vurğulayır”, Austinin bəyanatında deyilir.

ABŞ-ın Yaxın Şərq və Cənubi Asiyadakı qüvvələrinə nəzarət edən ABŞ Mərkəzi Komandanlığının ayrıca bəyanatında ABŞ-ın lazım gələrsə, əlavə qüvvələr və təchizat göndərməyə hazır olduğu bildirilir.

Mərkəzi Komandanlıq “münaqişəni genişləndirmək istəyən hər hansı tərəfin yaratdığı risklərə qarşı İsrail və regional tərəfdaşlarımızla möhkəm dayanır”, General Maykl Kurilla bildirib.

ABŞ-ın bu addımı Birləşmiş Ştatların yüksək səviyyəli rəsmilərinin Həmasın terror hücumunu dəf etməkdə İsrailə sarsılmaz dəstək vəd etməsindən bir gün sonra atılır.

ABŞ rəsmiləri Birləşmiş Ştatların yardımına İsrailin “Dəmir Qübbə” qısa mənzilli raket sisteminin yenidən təchiz edilməsi və ya İsrailə 2006-cı ildə və 2014-cü ildə olduğu kimi İsraildə yerləşən ABŞ-ın silah və sursat ehtiyatlarına çıxış imkanının verilməsi imkanını açıq qoyublar.

Bölgədə hərbi mövqeyin gücləndirilməsi qərarı iyul ayında ABŞ-ın İran körfəzinə İranın ticarət gəmiçiliyinə bir sıra hücumlarına cavab olaraq, F-35 və F-16 qırıcıları, bir hərbi dəniz hücum gəmisi və 2500 ABŞ dəniz piyadasının daxil olduğu hücum qrupu göndərdiyi zaman oxşar güc nümayişindən sonra verilib.

ABŞ hərbi rəsmiləri Birləşmiş Ştatların qüvvələrin artırılması ilə bağlı iyulda verilmiş qərarın İranın səylərinin qarşısını ala bildiyini bəyan ediblər.

Forum

XS
SM
MD
LG