Accessibility links

İsraildə Azərbaycan vətəndaşlarının ziyan çəkməsi ilə bağlı hələ məlumat yoxdur


Bakıda insanlar İsrail səfirliyini ziyarət edir
Bakıda insanlar İsrail səfirliyini ziyarət edir

Həmas-ın İsrailə hücumu nəticəsində Azərbaycan vətəndaşlarının ziyan çəkməsi ilə bağlı hələ məlumatlar yayılmayıb. Bu ölkədə hazırda nə qədər Azərbaycan vətəndaşının olması ilə bağlı statistik məlumatlar yoxdur. Belə ki, İsraildə iki vətəndaşlığı (Azərbaycan və İsrail) olan çoxsayı insanın olduğu bildirilir. Bununla yanaşı Bakıda çoxsaylı insanlar İsrailin Bakıdadkı səfirliyini ziyarət edirlər.

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov oktyabrın 9-da "X" (keçmiş twitter) hesabında yazıb ki, minlərlə İsrail vətəndaşı kimi onun ailəsi və özü saatlarla sığınacaqda qalır.

"Mən dinc əhaliyə qarşı raket zərbələrini və terror hücumlarını pisləyirəm. Aralarında qadın və uşaqların da olduğu çoxsaylı mülki şəxslərin oğurlanması və terrorçular tərəfindən onların pis rəftara və zorakılığa məruz qoyulması məni dəhşətə gətirir", o qeyd olunub.

Səfir bildirib ki, bütün suveren dövlətlər kimi İsrailin də sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ var.

Öz növbəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik göstərdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib. Bu barədə səfir "X" (keçmiş twitter) sosial şəbəkəsində yazıb.

"Bu səmimi dostluq jestinə görə Azərbaycan xalqına təşəkkür edirəm. Mesajlar, səfirliyimizin qapılarında gül-çiçəklər, sosial şəbəkələrdəki yazılar - bütün bunlar tariximizin bu qaranlıq vaxtında bizə güc verir", o paylaşımda bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə deyib ki, İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil. O bildirib ki, İsraildən çıxmaq istəyənlər və bununla bağlı müraciət edənlər azdır.

"Onlar da müntəzəm reyslərlə Azərbaycana gəlirlər. Yəni hələ ki təxliyəyə ehtiyac yoxdur. Belə bir məsələ nəzərdə tutulmayıb”, Hacızadə qeyd edib.

Bakıda çoxsaylı sakinlər İsrailin Azərbaycandakı səfriliyini ziyarət edərək başsağlığı verir. Sakinlər İsrail səfirliyinin binasının önünə gül çələngləri qoyur.

Forum

XS
SM
MD
LG