Seymur Həzi: Biz Azərbaycanı müxalifətsiz, AXCP-ni qeydiyyatsız qoymayacağıq

Seymur Həzi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Seymur Həzi Amerikanın Səsinə müsahibəsində siyasi partiyaların yenidən qeydiyyata alınması və seçki strategiyasından danışıb.

Amerikanın Səsi: AXCP-nin yenidən qeydiyyatla bağlı müraciətini Ədliyyə Nazirliyi düzəlişlər etmək üçün geri qaytarıb. Düzəlişləri edib sənədləri yenidən nazirliyə təqdim edibsinizmi?

Seymur Həzi: AXCP düzəlişlərlə bağlı Ədliyyə Nazirliyindən məktub alandan sonra AXCP sədri məktubla Ədliyyə Nazirliyinə müraciət etdi. Onlardan adlı siyahı əldə etdik ki, hansı şəxslərlə bağlı hansı düzəlişlərə ehtiyac olduğunu bilək. Sonradan məlum oldu ki, burada düzəlişlər, yəni təqdim olunan siyahının mühüm bir hissəsi Ədliyyə Nazirliyinin sistemindəki hansısa alqoritmik problemlə bağlı olub. Bu birlikdə müzakirələrimizdə ortaya çıxdı. Eyni zamanda bizə aid olan xırda texniki problemlər də var idi. Bütövlükdə biz vaxtı daha səmərəli qiymətləndiririk. Siyahının üzərindən keçirik. Hazırda siyahı tamamlanmış vəziyyətdədir. Bu günlərdə biz siyahını yenidən Ədliyyə Nazirliyinə təqdim edəcəyik.

Your browser doesn’t support HTML5

Seymur Həzi: Biz Azərbaycanı müxalifətsiz, AXCP-ni qeydiyyatsız qoymayacağıq

Amerikanın Səsi: Nazirliyin düzəlişlərlə bağlı qeydlərini necə qiymətləndirirsiniz? Həqiqəti əks etdirirmi?

Seymur Həzi: Orada bilrisiniz, elə məslələr var bəli, tutaq ki, hansısa yerdə bir nöqtə, tutaq ki, baş hərf kimi İ hərfini sistem I tanıyıb. Belə şeylər var. Amma, tamamilə həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən vəziyyətlər də var. Tutaq ki, adamların adı sistemdə tamamilə doğru yazılıb. Hər şey qaydasındadır. Ona zəng ediblər, AXCP üzvü olduğunu təsdiq edib, amma o ya AXCP üzvü kimi tanınmayıb, ya onu sistem tanımayıb, belə hallar da var.

Amerikanın Səsi: AXCP yenidən qeydiyyata alınmasa hansı tədbirlərə baş vuracaqsınız?

Seymur Həzi: Bizim bununla bağlı Rəyasət Heyətimizin uzun bir müzakirəsi olub. Biz bütün variantları gözdən keçirmişik. Onların hamısını demək fikrində deyiləm. Amma, bütün hüquqi və siyasi qanuni yolları nəzərdən keçirəcəyik. Bizim burada deyəcəyimiz son söz budur ki, biz Azərbaycanı müxalifətsiz, AXCP-ni qeydiyyatsız qoymayacağıq və bununla barışmayacağıq. Yəni, heç bir şəkildə barışmaycağıq. Məsələ budur. Bu istiqmətdə qanunun yol verdiyi siyasi və hüquqi imkanların hamısından istifadə edəcəyik.

Amerikanın Səsi: Ədliyyə Nazirliyinin sənədlərinizi geri qaytarması cəmiyyətdəki müxalif fikirli şəxslərin hansı reaksiyalarına səbəb olub? Bu hal partiyanıza yeni müraciətlərin sayına təsir edibmi?

Seymur Həzi: Deməli, burada iki mühüm reaksiya var. Birincisi odur ki, Ədliyyə Nazirliyi ilə bizim aramızdakı bu, texniki-kommunikasiya çərçivəsində AXCP üzvləri sosial şəbəkələrdə yüzlərlə, bəzən mini də ötən sayda video müraciətlər ünvanlayıblar ki, “mən AXCP-nin üzvüyəm, hansı ildən üzvüyəm, veteranam, AXCP-də on ildir, on beş ildir təcrübəm var, beş aydır qoşulmuşam”. Belə bir müraciət dalğası olub. İkinci dalğa bundan ibarətdir ki, AXCP sədri Əli Kərimli ictimaiyyətə müraciət etdi ki, bunun inadına AXCP-yə qoşulmaq lazımdır. Bu bizim sayla bağlı problemimiz deyil. Sadəcə olaraq yaranmış vəziyyəti ictimaiyyətin diqqətinə çatdırmaq idi ki, hökumət AXCP-ni qeydiyyatsız qoya bilər. Bu da əlbəttə çox ciddi bir rezonans doğurdu və xeyli adam anket vasitəsi ilə AXCP-yə üzv olmaq üçün müraciət etdi. Düzdür anket vasitəsi ilə müraciət edənlərin hamısı AXCP-yə üzvlüyə qəbul edilmir. AXCP bunu qanuna müvafiq qaydada dayaq dəstələrində müəyyən filtrlərdən keçirir. Sorğular olur, onların keçmiş fəaliyyətləri, müxtəlif məsələlərə münasibəti öyrəniləndən sonra AXCP-yə üzv olurlar. Bunlar iclasda baş tutur. Amma, bizə müraciətlər xeyli saydadır və bizim gözləntimizdən çoxdur.

Amerikanın Səsi: Bir sıra ekspertlər “Siyasi Partiyalar haqqında” yeni qanunun seçki taktikalarına da yeni üsulların gətirilməsinə səbəb olacağını güman edir? Bu mənada AXCP-nin seçki strategiya və taktikasında hansı yenilikləri gözləmək olar?

Seymur Həzi: Bilirsiniz, seçki məsələsi unikal bir məsələdir. Yəni, biz bütövlükdə seçki ilə bağlı intensiz müzakirələr aparırıq. Hətta, partiyalar haqqında qanun məsələsi gündəliyə gəlməmişdən qabaq da bu, partiyanın, əsas da AXCP kimi siyasi partiyanın seçki məsələsinə münasibətdə siyasətini bədirləməkdir. Yəni, bu siyasətin özək məsələlərindən biridir. Hal-hazırda “Siyasi partiyalar haqqında” qanun hansısa bir seçki qanunvericiliyinin də formalaşmasına gətirib çıxaracaqsa, hansısa formada yeni bir seçki qanunvericiliyi ortaya çıxaracaqsa, bu qarışıq sistem olacaq, ya majoritar sistem qalacaq və yaxud da tamamilə proporsional sistem olacaq. Əlbəttə buna uyğun olaraq biz taktikamızı müəyyən edəcəyik. Amma bizim üçün bir neçə variantda müzakirə olunmuş məsələlər var. Yəni biz artıq ümumi-nəzəri olaraq hansı variantda hansı addım atacağımızı özümüz üçün müəyyənləşdirmişik. Yəni bizim üçün bu qaranlıq məsələ deyil. Amma, təbii ki, zamana və vəziyyətə uyğun olaraq qərarlarımızı elan edəcəyik. Bütövlükdə biz Azərbaycan siyasi müstəvisində əsas rolumuzu, ana rolumuzu heç kimə vermək fikrində deyilik. Siyasətlə bağlı, Azərbaycan cəmiyyətinin gələcəyi ilə bağlı çox ciddi iddialarımız və planlarımız var.

Amerikanın Səsi: Belə görünür ki, AXCP daha çox boykot üsulundan istafədəyə üstünlük verib. Bundan sonrakı seçkilərdə hansı taktikanız olacaq?

Seymur Həzi: Statistik olaraq baxsaq Azərbaycanda seçkilərdə bizim qədər iştirak edən təşkilat yoxdur. Biz hakimiyətə gəlməyin və hakimiyyətin formalaşmasının yeganə yolunu seçkilərlə konstitusion yolla görürük. Yəni, biz seçkisiz bir hökumət formalaşdırmaq siyasətini tamamilə rədd edirik. Amma, müəyyən hallarda hökumətin tamamən tamaşaya çevirdiyi seçkidən iştirakdan imtina qərarlarımız olub. Bunun siyasi əsaslandırmaları olub və biz bunu cəmiyyətə elan etmişik. Amma növbəti dövrdəri məsələlərlə bağlı birmənalı deyə bilərəm ki, qəti qərarlar yoxdur, müxtəlif versiyalar var. Versiyaların içərisində ən az ehtimal olunanı boykot qərarıdır.