Yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Cəfər Mirzəyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi yanvarın 13-də davam edəcək.
Hüquq müdafiəçiləri Mirzəyevi siyasi məhbus kimi tanıyıb.
2021-ci il noyabrın 25-də Cəfər Mirzəyev Almaniyadan deportasiya edilib və yanvarın 27-də Bakıda həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb.
Hazırda Almaniyadan siyasi mühacirətdən ölkəyə qaytarılan 6 nəfər həbsdədir. Onradan 5 nəfərinə qarşı narkotik ittihamı irəli sürülüb.