Accessibility links

Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən siyasi fəal azadlığa buraxılıb


Vəkil Elçin Sadıqov və siyasi fəal Ziya İbrahimov (Foto vəkil Elçin Sadıqovundur)
Vəkil Elçin Sadıqov və siyasi fəal Ziya İbrahimov (Foto vəkil Elçin Sadıqovundur)

Noyabrın 24-də Biləsuvar rayon Məhkəməsi Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən siyasi fəal Ziya İbrahimovu məhkəmə zalında azadlığa buraxıb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, ittihamda göstərilən hər iki icra vərəqəsi tam icra oldunuğu üçün Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə Ziya İbrahimov barəsində cinayət işinə xitam verilib və o həbsdən azad edilib.

“Ziya İbrahimov iki icra vərəqi üzrə 12 500 manat ödəyib. Bununla da ittihama səbəb olan əsaslar aradan qaldırıldığına görə cinayət işinə xitam verildi,” o qeyd edib.

Bu il mayın 19-da Ziya İbrahimov Almaniyadan deportasiya edilən zaman Bakı Hava Limanında həbs edilib. Ziya İbrahimova 2019-cü ildən axtarışda olduğunu bildiriblər.

Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev Ziya İbrahimovun saxlanılmasında siyasi motivin olmadığını deyib.

"Onun barəsində aliment öhdəliyi ilə bağlı axtarış var," o qeyd edib.

Belə ki, Ziya İbrahimova qarşı Cinayət Məcəlləsinin 306.1 (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə cinayət işi açılıb. Bu cinayət işi onun keçmiş həyat yoldaşının pul tələbi ilə bağlı olub.

Ziya İbrahimov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Biləsuvar rayonundakı funksionerlərindən biri olub. 2018-ci il prezident seçkilərdə fəalllıq göstərdiyinə görə təqib edildiyini və bu səbəbdən də ölkəni tərk etmək məcburiyyətində qaldığını iddia edir. O 2018-ci ildə Almaniyaya mühacirət edib. İbrahimov mühacirətdə olduğu dövrdə Azərbaycan hakimiyətinin əleyinə keçirilən aksiyalarda fəal iştirak edib və sosial şəbəkəlrdə sərt tənqidlər yazıb.

XS
SM
MD
LG