"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının təsisçilərindən olan Zaur Əkbər sentyabrın 6-da Berlində Almaniyanın Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya ofisinin rəhbəri Benedict Göbel ilə görüşüb.
Zaur Əkbər Amerikanın Səsinə müsahibəsində bildirib ki, görüşdə Azərbaycandakı ictimai-siyasi durum, "Media haqqında" qəbul olunmuş yeni qanun, vətəndaş cəmiyyətinin vəziyyəti və Almaniyadan deportasiya edildikdən sonra Azərbaycanda həbs olunan siyasi fəallarla bağlı geniş fikir mübadiləsi aparılıb.
Your browser doesn’t support HTML5
"Müdafiə Xətti" insan haqları təşkilatı olaraq bizim üçün prioritet təşkil edən Almaniyadan deportasiya olunduqdan sonra Azərbaycanda qondarma ittihamlarla həbs edilən 8 nəfər siyasi fəalla bağlı narahatçılığımızı bir daha nazirliyin diqqətinə ciddi şəkildə çatdırdıq. Nazirliyin əməkdaşına israrla xahiş və çağırış etdim ki, bu insanların tez bir zamanda azadlığa çıxması üçün Almaniya hökuməti əlindən gələni etməlidir. Əks halda bu, Almaniaya kimi demokratik bir dövlətin imicinin zədələnməsinə xidmət edədcək. Onlar da öz narahatlıqlarını bildirdilər və dedilər ki, Almaniyanın regional hakimiyyətlərinə bununla bağlı öz təkliflərini göndəriblər. Onlar Aılmaniyadan deportasiya olunan siyasi fəalların həbsi ilə bağlı öz narahatlıqlarını ifadə etdilər" , Zaur Əkbər qeyd edib.
Hüquq müdafiəçisinin dediyinə görə, Almaniya Xarici İşlər Nazirliyi Azərbaycanda insan hüquqları sahəsində baş verənlərdən məlumatlıdır.
"Onlar dedilər ki, Azərbaycanda baş verənləri diqqətdə saxlayırlar. Turan İnformasiya Agentliynin məlumatlarını, "Müdafiə Xətti"nin hesabatlarını oxuyurlar və Almaniyanın Azərbaycandakı səfirliyindən məlumatlar alırlar. Almaniya səfirliyinin nümayəndələri deportasiya olunandan sonra həbs edilənlərin məhkəmələrində iştirak edir. Azərbaycan hökuməti ilə bağlı qapılar arxasında müəyyən danışıqlar da aparılır. Amma danışıqların detallları ilə bağlı açıqlama vermədilər".
Hüquq müdaiəçisi departament rəhbərinə deyib ki, Almaniydakı siyasi fəalların deportasiyası həyata keçirilməsin.
"Mən məsələ qaldırdım ki, biz Almaniyanın Bakıdakı səfirliyi ilə siyasi fəalların deportasiyanın həyata keçirılməməsi ilə bağlı söhbət aparanda deportasiya olunan 4 nəfər həbsə alınmışdı. Söhbətimizdən sonra səfirlik narahatlığlnı bildirdi. Amma ondan sonra yenə siyasi fəallar deportasiya olundu və daha 4 siyasi fəal həbs edildi. Onlar isə dedilər ki, biz Almaniyanın Bakıdakı səfirliyi ilə əlaqə saxlayırlar və Azərbaycan hökuməti ilə danışıqlar aparırlar ki, bundan sonra belə hallar baş verməsin. Konkret hansı tədbirlər gördükləri barədə bir məlumat vermədilər" , Zaur Əkbər əlavə edib.