Accessibility links

Xoşbəxt Yusifzadə: Exxon və ConocoPillips-lə saziş bağlana bilər [Video-Müsahibə]


Xoşbəxt Yusifzadə: Exxon və ConocoPillips-lə saziş bağlana bilər
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Xoşbəxt Yusifzadə: Exxon və ConocoPillips-lə saziş bağlana bilər

“Azərbaycan TANAP və Cənub Dəhlizi layihəsini seçibsə, deməli Nabucco-da da iştirak edəcək. Nabucco ilə bağlı qərar qəbul ediləndə Azərbaycanın fikri müsbət olacaq”, ARDNŞ-nin birinci vitse-prezidenti deyib

Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Amerikanın Səsinə müsahibəsində bildirib ki, bu gün Bakıda açılan "Caspian Oil and Gas 2013" neft-qaz sərgisində 387 şirkət iştirak edir.

1994-cü ildə keçirilən birinci sərgidə cəmi 100 şirkət iştirak edib. “İndi 20-ci sərgidir və bu il şirkətlər daha çox Bakı sərgisində iştirakda maraqlıdır”.

Biz istəyirik ki, Cənub Dəhlizi qəbul olunsun.
Onun fikrincə, 2013-cü ilin əsas yeniliklərindən biri Transanadolu layihəsidir (TANAP).

Birinci vitse-prezident Azərbaycanı Cənub dəhlizini dəstəklədiyini bildirib. “Biz istəyirik ki, Cənub Dəhlizi qəbul olunsun. Transadriatik (TAP) layihəsi ilə Nabucco layihəsi bir-birini tamamlayır. Azərbaycan TANAP və Cənub Dəhlizi layihəsini seçibsə, deməli Nabucco layihəsində də iştirak edəcək. Nabucco ilə bağlı qərar qəbul ediləndə Azərbaycanın fikri müsbət olacaq”, Yusifzadə qeyd edib.

Biz proqnozları da əlavə etsək ehtiyatlar 5 trilyondan çox olur.
Onun dediyinə görə, Azərbaycanın hazırda 2 trilyon 550 milyard kub metr təsdiq olunmuş qaz ehtiyatı var.

“Biz proqnozları da əlavə etsək ehtiyatlar 5 trilyondan çox olur. Azərbaycan qazı bütün bu kəmərləri doldurmağa bəs edir. Həm də kəşfiyyat aparıb yeni yataqları da aşkar etmək lazımdır”.

O yaxınlarda Zəfər və Məşəl qaz yataqları ilə bağlı Statoil şirkəti ilə saziş imzalandığını yada salıb və yeni Amerika şirkətlərinin bu il Azərbaycanda saziş bağlayacağını bildirib.

. Exxson-un yanar şistlərdən qaz çıxarma ilə bağlı təklifi var.
“Amerika şirkətləri bu il Azərbaycana gələcək. ConocoPhillips ilə hazırda işləyirik. Biz birgə mezozoy çöküntülərini öyrənirik. Exxson-un yanar şistlərdən qaz çıxarma ilə bağlı təklifi var. Ola bilsin yaxınlarda həm Exxon, Həm də ConocoPillips-lə qeyri-adi çöküntülərdən neft çıxarma ilə bağlı saziş bağlayaq”, vitse-prezident qeyd edib.
XS
SM
MD
LG