“Azərbaycanda ildə 45 milyon ton neft, 26 milyard kubmetr qaz hasil olunur. Ölkədə 2 trilyon 650 milyard kubmetr qaz ehtiyatı var”. Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasında bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanda neft hasilatı 5,5 dəfə, qaz hasilatı isə 4 dəfə artıb. “Müstəqillik dövründə xarici şirkətlər Azərbaycanın neft sənayesinə 45 milyard dollar sərmayə qoyub”.
Nazirin sözlərinə görə, Azərbaycanda neft hasilatı 5,5 dəfə, qaz hasilatı isə 4 dəfə artıb. “Müstəqillik dövründə xarici şirkətlər Azərbaycanın neft sənayesinə 45 milyard dollar sərmayə qoyub”.