Accessibility links

İranın Xəzərdə yeni neft-qaz yatağı ilə bağlı iddiaları


Ekspert hesab edir ki, Xəzərdə yeni neft-qaz yatağının kəşfi təsdiqlənsə, İranla Azərbaycan arasında münaqişə istisna edilmir.

“Novosti Kazakstan” Agentliyinin məlumatına görə, iyunun 14-də Astanada keçirilən "Xəzər şelfinin inkişafı -2012" neft-qaz konfransında MENAS ASSOCIATES UK analitiki Aleks Cekson bildirib ki, Xəzərin mübahisəli ərazisindəki Sardar-e Jangal neft-qaz yatağının kəşfi təsdiqlənsə, İranla Azərbaycan arasında münaqişə istisna edilmir.
"İranın indiki bəyanatı (neft-qaz yatağının kəşfi il bağlı) təsdiqlənsə, Bakı ilə Tehran arasında böhran mümkündür, elə indinin özündə ikitərəfli münasibətlər gərgindir", - deyə cənab Cekson qeyd edib.
Sardar-e Jangal neft-qaz strukturunun kəşfini İran 2011-ci ilin dekabrında bildirib. Bu ilin mayında strukturda "Sərdare-Milli" yatağının kəşfi barədə məlumat verilib. "İndi konkret rəqəmlər yoxdur. İranın rəyinə inansaq, 50 trln kubfut qaz və 10 mlrd barrel neft var. Bu, çox ciddi rəqəmdir", - deyə ekspert bildirib.
O xatırladıb ki, İran rəsmiləri hələ "yatağın dəqiq yerini demir".
"Məlumat var ki, o, Neka limanından 250 km şimal-qərbdədir. Demək, Xəzər orta xətlə bölünsə, bu, Azərbaycan ərazisidir", - deyə cənab Cekson bildirib.
"Bu, çox ciddi məsələdir. Ehtiyatlar təsdiqlənsə, Azərbaycanla İran arasında ciddi mübahisə yaranacaq", - deyə o bildirib.
Analitik məsələni "qapamağın" yollarından birini Rusiyanın müdaxiləsində görür. "Bu (iki ölkə arasında potensila münaqişə), Rusiyanı təhrik edə bilər ki, qalan Xəzəryanı ölkələrin başında durub İranı akvatoriyanın 20 yox, 14%-i ilə kifayətlənməyə məcbur etsin", - deyə o bildirib.
Onun fikrincə, İran əvəzində mübahisəli yataqda "operatorluq payı" ala bilər. Britaniyalı ekspert qeyd edib ki, söhbət münaqişənin yaranması və həlli yolları ilə bağlı "istisnasız olaraq ehtimallardan gedir".
"Bir çoxları İranın bəyanatına (yatağın ehtiyatı barədə) şübhə ilə yanaşır. Geoloji struktur, prinsipcə, hələ heç nə demək deyil. İndi İran neft şirkətlərinin təmsilçilərindən daha çox, dövlət təmsilçiləri bu bəyanata əlavə vaciblik vermək istəyirlər ki, sanksiyalar tətbiq ediləndən sonra Fars körfəzində problemlərlə üzləşən İran bütün dünya üçün dünya çaplı hasilat ölkəsi olsun", - deyə Cekson bildirib.

Bu bəyanata Azərbaycanın rəsmi orqanları hələ reaksiya verməyib.

XS
SM
MD
LG