Accessibility links

Bibiheybətdə neftçilər tətil edir


Bibiheybətdə nef mədəni
Bibiheybətdə nef mədəni

Onlar əmək haqlarının qaldırılmasını tələb edir

Mayın 3-də Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Bibiheybətneft Neft Qaz Çıxarma İdarəsinin ərazisində 4-cü mədənin işçiləri tətil edib.

Neftçilərin Hüquqlarını Müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının sözlərinə görə, tətilə 100 yaxın işçi qatılıb.
Tətilə səbəb əmək haqqının aşağı olmasıdır.

"Bu işçilərin əmək haqqı 170-320 manat cuvarındadır və əmək haqqından 2 faiz Silahlı Qüvvələrə Yardım Fonduna köçürülür", M.Qəhrəmanlı əlavə edib.

Hüquq Müdafiəçisi bildirib ki bu fəhlələrin sayca həmin ərazidə 2-ci tətilidir. Bu ilin martında da bu ərazidə tətil ediblər.

Rəhbərlik işçilərlə görüşüb və fəhlələr xəbərdarlıq edir ki, tələbləri yerinə yetirilməsə Bibiheybətneft-in digər mədənləri də tətilə başlayacaq”, o qeyd edib.

Xatırladaq ki, bu ilin martında Azərbaycan Dövlət Neft Şirkətinə məxsus «Bos Shelf» şirkətində 2000-ə yaxın fəhlə etiraz aksiyası keçirib. Aksiya iştirakları rəhbərlik qarşısında əmək haqqının artırılması və tibbi sığorta ilə təmin edilməsi tələblərini qoyub. Rəhbərlik tələbləri qismən yerinə yetirib.
XS
SM
MD
LG