Accessibility links

Tofiq Yaqublunun hüquqlarını müdafiə komitəsi yaradılıb


Müsavat Partiyasının qərargahında axtarış aparılıb
Müsavat Partiyasının qərargahında axtarış aparılıb

İctimai komitə REAL Hərəkatının lideri İlqar Məmmədovun hüquqlarını da müdafiə edəcək

Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun hüquqlarını Müdafiə Komitəsi yaradılıb. Qərar fevralın 18-də Müsavat Partiyası Divanında qəbul edilib.

Komitəyə partiyanın aparıcı xadimlərindən biri Qubad İbadoğlu rəhbərlik edir. Həmçinin komitəyə hüquq müdafiəçiləri Novella Cəfəroğlu, İlqar İbrahimoğlu və başqaları daxildir. Komitə REAL hərəkatının lideri İlqar Məmmədovu da müdafiə edəcək.

İclas iştirakçıları QHT-lərin fəaliyyətinə maliyyə nəzarətini sərtləşdirilməsi ilə bağlı qanunvericiliyə edilən düzəlişləri pisləyiblər.

Qeyd olunub ki, bu dəyişikliklər xüsusilə də qeydiyyatı olmayan, amma kifayət qədər aktivlik göstərən QHT-lərin fəaliyyəti üçün çətinliklər yaradacaq.
Bildirilib ki, Rusiya Konstitusiya Məhkəməsi Dövlət Dumasına cərimələrlə bağlı maddəyə dəyişiklik olunmasını, yerli məhkəmələrə sözügedən maddənin dəyişikliklər olana qədər tətbiq olunmamasını tövsiyə edib. Qeyd olunub ki, əgər hakimiyyət cərimələrin tətbiqi məsələsində Rusiyadan nümunə götürübsə, eyni addımı indi də atmalıdır.

Toplantıda Müsavat başqanının Lənkəran səfəri ilə bağlı basıqların hələ də davam etdiyi bildirilib. Qeyd olunub ki ki, ilk səfərdən bir ay vaxt keçməsinə baxmayaraq, prokurorluq məsələ ilə bağlı hər-hansı araşdırma aparmayıb. Amma səfərə qatılan sürücülərə təzyiqlər davam edir. Lənkəran təşkilatının yerləşdiyi ofisin qapısı hörülüb.

Bundan əlavə, partiyanın Sumqayıt təşkilatının Sumqayıt İcra Hakimiyyəti ilə partiyanın ofisi ilə bağlı məhkəmə çəkişməsinin davam etdiyi bir vaxtda Dövlət Əmlak Komitəsi ofisi başqa bir təşkilata icarəyə verib.

Tədbir zamanı yerli partiya təşkilatlarına təzyiqlər pislənilib, hakimiyyətdən regionlarda normal siyasi fəaliyyət üçün şəraitin yaradılması tələb olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG