Accessibility links

İlqar Məmmədov: İttihamlar siyasidir, onların heç bir hüquqi əsası yoxdur


REAL hərəklatının lideri İlqar Məmmədov bu gün Nəsimi rayon məhkəməsinə gətirilib.

Vəkil Fuad Ağayev Amerikanın səsinə bildirib ki, İlqar Məmədov bu gün gün ərzində Respublika Prokurorluğunun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində dindirilib. Ona qarşı cinayət məcəlləsinin 233-cü və 315-ci maddərilə ittham elan edilb və prokurorluq onun barəsində iki ay həbs-qətimkan tədbiri seçilməsini istəyib.

Bir neçə saat ondan əvvəl Müsavat partiyasının başqanının müavini Tofiq Yaqublu Nəsimi rayon məhkəməsinə gətirilib. Ona da prokurorluqda cinayət məcələsinin eyni maddərilə ittiham irəli sürülüb. Hazırda onlar məhkəmə qarşısındadır. M2xbirimizin verdiyi son məlumata görə, məhkəmə Tofuq Yaqublunun barəsində artıq iki ay həbs-qətimkan tədbiri seçilib.

İlqar Məmmədovun məhkəməsi hələ davam edir.

İlqar Məmmədov polis maşınında məhkəməyə aparılarkən Amerikanın səsinin müxbirinə bildirib ki, prokurorluğun irəli sürdüyü ittihamlar siyasi ittihamlardır, onların heş bir hüquqi əsası yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG