Accessibility links

Avropa İttifaqı Bakını ölkədə repressiyalara son qoymağa çağırır


Avropa İttifaqı və Azərbaycanın bayraqları
Avropa İttifaqı və Azərbaycanın bayraqları

Aİ Bakını demokratik seçki qanunvericiliyinin təminatında və seçkilərin monitorinqində ATƏT və yerli fəallarla aktiv əməkdaşlığa çağırır

Fevralın 14-də Avropa İttifaqı Azərbaycanda insan hüquqlarının və demokratiyanın pozulması ilə bağlı son həftədə ikinci bəyanatı ilə çıxış edib.

Fevralın 9-da Avropa komissarı Eşton və Füle müxalifətçilər İlqar Məmmədovla Tofiq Yaqublunun həbsini pisləyərək onların dərhal azadlığa buraxılmasını tələb ediblər.

“Aİ bu çağırışları təkrarlayır və Azərbaycan hakimiyyətini bu iki müxalifətçini dərhal azad etməyə, həmçinin onlara qarşı irəli sürülən ittihamları şəffaf və ədalətli araşdırmağa çağırır”, - 14 fevral bəyanatında deyilir.

Avropa İttifaqı həmçinin yanvarın 26-da Bakıda nümayiş zamanı həbs olunan, eləcə də İsmayıllıda etiraz aksiyasının iştirakçılarına qarşı irəli sürülən ittihamların obyektiv araşdırılmasına çağırır.

Avropa İttifaqı fevralın 12-də Xaçmazda vətəndaş cəmiyyətinin iki nümayəndəsinin – Cavid Nəbiyevin və Günay İsmayılovanın saxlanmasını pisləyir.
Avropa İttifaqı həmçinin yazıçı Əkrəm Əylislinin ünvanına son hədələrlə bağlı dərin narahatlığını bildirib, Bakıdan yazıçının təhlükəsizliyini təmin etməklə ifadə və söz azadlığı sahəsində öz öhdəliklərini təmin etməyi tələb edib.

Oktyabrda keçiriləcək prezident seçkiləri fonunda Azərbaycan hakimiyyəti demokratiya, əsas azadlıqlar, məhkəmələrin müstəqilliyi və qanunun aliliyi sahəsində vəziyyəti yaxşılaşdırmalıdır.

“Biz Azərbaycan hakimiyyətini açıq siyasi dialoq üçün şərait yaratmağa və vətəndaş fəalları, siyasətçilər, jurnalistlər və prezidentliyə potensial namizədlərin obstruksiyasından imtina etməyə çağırırıq”, - bəyanatda vurğulanır.

Həmçinin Aİ Bakını demokratik seçki qanunvericiliyinin təminatında və seçkilərin monitorinqində ATƏT və yerli fəallarla aktiv əməkdaşlığa çağırır.
XS
SM
MD
LG