Accessibility links

Avropa İttifaqı ilə Azərbaycan arasında vahid aviasiya məkanı danışılqarı başlayır


Güclü fırtına olub, dolu düşüb
Güclü fırtına olub, dolu düşüb

Avropa İttifaqının “Vahid Avropa Səması” ideyası istənilən üzv ölkəyə məhdudiyyətsiz uçuşlar həyata keçirməyə imkan verir

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında vahid aviasiya məkanı haqqında danışıqların birinci mərhələsi yanvarın 24-25-də Bakıda keçiriləcək. Bu barədə Aİ-nin Azərbaycan nümayəndəliyi məlumat yayıb.

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə Baş Direktorluğunun və Aİ-nin Bakı missiyasının nümayəndə heyəti Dövlət Mülki Aviasiya Administrasiyasının, Azərbaycanın digər nazirliklərinin və idarələrinin nümayəndələri ilə danışıqlar aparacaq.

“Aİ və Azərbaycan arasında aviasiya sazişi ətrafında danışıqların başlanması tək ikitərəfli əlaqələrimizin deyil, eləcə də siyasi əlaqələrimizin, iqtisadi, ticarət və insanlar arasındakı əlaqələrin qüvvətləndirilməsi baxımından mühüm addımdır. Perspektiv tədqiqata əsasən sazişdən sonrakı ilk beş il ərzində Aİ və Azərbaycan arasında səfər edən əlavə sərnişinlərin sayı 860 000 nəfər ola bilər. Saziş nəticəsində iqtisadi faydalar əldə ediləcək. Bu, konkret fürsəti əldən qaçırmamalıyıq. Aİ xüsusilə də regionda artıq bir sıra ölkə ilə belə sazişlər imzalayıb, danışıqlar masasında Azərbaycanın da eyni siyasi iradə göstərəcəyinə ümidvaram”, deyə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib.

Avropa Komissiyası 2011-ci ilin oktyabrında Aİ-yə üzv 27 dövlətdən Azərbaycanla ümumi aviasiya məkanı haqqında sazişin imzalanması haqqında danışıqlar aparmaq üçün mandat alıb.

Aİ Qərbi Balkan ölkələri, Gürcüstan, Moldova, Mərakeş, İordaniya, İsraillə eyni saziş imzalayıb, hazırda Ukrayna, Livan və Tunislə danışıqlar aparmaqdadır.

Aİ-nin “Vahid Avropa Səması” ideyası istənilən üzv ölkəyə marşrut və uçuşların sayının (tezlik) seçilməsi ilə bağlı hər-hansı məhdudiyyətsiz uçuşlar həyata keçirməyə imkan verir və bu uçuşların saziş iştirakçısı olan ölkənin istənilən aviasiya şirkəti tərəfindən həyata keçirilməsinə imkan verir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG