Accessibility links

Katrin Eşton: Avropa İttifaqı Orta Asiyanın iqtisadi və siyasi islahatlarını dəstəkləyir


Avropa İttifaqının xarici əlaqələr şöbəsinin rəhbəri Qırğızıstanın xarici işlər naziri Erlan Abdullayaevlə birgə mətbuat konfransı təşkil edib.

Bişkekdə danışan Katrin Eşton Aİ-nin regionun iqtisadi və siyasi islahatlarını dəstəklədiyini deyib.

Bundan əvvəl Gürcüstanda olan xanım Eştonun Özbəkistan, Tacikistan və Qazaxıstana səfəri gözlənilir. Gürcüstanda olarkən o, Mixail Saakaşvilinin sabiq hökumət üzvlərinin təqiblərinə yol verilməməsinə çağırıb.

Avropa İttifaqının diplomatı baş nazir Bidzina İvanişvili ilə görüşündən sonra Tbilisidə müxbirlərin suallarını cavablandırıb.

Eşton deyib ki, Gürcüstanın siyasətində tərəflər Avropanın demokratiya, azadlıq və qanunun aliliyi kimi dəyərlərini təbliğ edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG