Accessibility links

Avropa İttifaqı Azərbaycanda azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiyanı müzakirə edib


Avropa İttifaqı ilə Azərbaycan münasibətlərinin perspektivləri müzakirə edilib
Avropa İttifaqı ilə Azərbaycan münasibətlərinin perspektivləri müzakirə edilib

Bakıda Aİ - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Alt-komitənin üçüncü iclası keçirilib

Noyabrın 19-20-də Bakıda Avropa İttifaqı (Aİ) - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə Alt-komitənin üçüncü iclası keçirilib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, iclasın birinci günü Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Aİ-Azərbaycan Fəaliyyət Planında əks olunan hüquq mühafizə, sərhəd idarəçiliyi, miqrasiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məsələlərinin icrasına, ikinci günü isə demokratiya, yaxşı idarəçilik və insan hüquqları sahələrində əməkdaşlığın qiymətləndirilməsinə həsr olunub.

Ekspert səviyyəsində keçirilmiş iclasda hər iki tərəf üçün maraq kəsb edən bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Alt-Komitənin ikinci günü Azərbaycan və Aİ-də insan hüquqlarının vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələr geniş miqyaslı məsələlər, o cümlədən insan hüquqlarının müdafiəsi üzrə milli təsisatlar, ədliyyə sistemində islahatlar, seçkilər, ifadə və məlumat azadlığı, toplaşmaq və birləşmək azadlığı, həmçinin, vətəndaş cəmiyyətinin fəaliyyəti, qadın və uşaq hüquqları məsələlərini əhatə edib. Aİ və Azərbaycanın insan hüquqları müdafiəsi sahəsində beynəlxalq təşkilatlar, xüsusilə də BMT, ATƏT və AŞ çərçivəsində əməkdaşlığı da müzakirə edilib.

Aİ-nin üçüncü ölkələrlə insan hüquqları üzrə dialoqu təcrübəsinə uyğun olaraq, insan hüquqlarına həsr olunan görüşdən əvvəl Aİ həmçinin Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq QHT-lərlə görüş keçirib.

Xəbərdə müzakirə olunan məsələlərin əsas məğzi, ölkədəki mövcud durumun Avropa İttifaqı tərəfindən necə qiymətləndirməsi əksini tapmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG