Azərbaycan hakimiyyəti İsmayıllı iğtişaşlarının təşkilində uydurma ittihamla həbs olunmuş iki müxalifətçini - Tofiq Yaqublu və İlqar Məmmədovu həbsdən azad etməlidir.
İğtişaşlar onların rayona gedişindən bir gün əvvəl başlayıb və onlar İsmayıllıda vəziyyətin inkişafına nəzarət etdikləri vaxtdan sonra daha iki gün davam edib.
“Siyasi motivli təqiblər göz önündədir”, - Amnesty International təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini David Dias-Jojye bildirib.
İ.Məmmədov və T.Yaqublu onlar şəhərə gəlməzdən əvvəl və spontan başlayan iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. İndiyədək prokurorluq həmin ittihamları təsdiqləyən hər hansı sübut təqdim etməyib. Onlara qarşı kütləvi iğtişaşların təşkilində iştirak və polisə müqavimət göstərmək ittihamları irəli sürülüb.
Vəkillərin sözlərinə görə, müttəhimlərin cinayət törətməsi və ya başqalarını buna təhrik etməsi ilə bağlı heç bir sübut təqdim olunmayıb. Onları 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
İğtişaşlar yanvarın 23-də küçədə sərxoş vəziyyətdə olan yerli qubernatorun oğlu sakinlərə hücum edərək yerli əhalinin ünvanına təhqiramiz ifadələr işlətdikdən sonra baş verib. Camaat küçəyə çıxaraq şəhər qubernatorunun istefasını tələb edib, kommersiya obyektlərinə basqın edib.
Növbəti axşam müxalifətçi REAL (Respublika alternativi) təşkilatının lideri və 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərinə namizəd İlqar Məmmədov İsmayıllıya gedib. Onun məqsədi iğtişaşlara gətirib çıxaran səbəbləri araşdırmaq, yerli hakimiyyətin reaksiyasını izləmək olub.
Müsavat Partiyası sədrinin müavini, jurnalist Tofiq Yaqublu hadisələri mətbuatda işıqlandırmaq üçün İsmayıllıya gedib.
“AŞPA Azərbaycanda siyasi məhbuslara dair qətnaməni dəstəkləməkdən imtina etdikdən sonra belə təhlükə var ki, ölkə hakimiyyəti prezident seçkiləri ərəfəsində özgəfikirliliyi daha sərt şəkildə boğacaq”, - Dias-Jojye vurğulayıb.