Accessibility links

Fuad Ağayev: İlqar Məmmədovun həbsi tamamilə əsassızdır


REAL Hərəkarının sədri İlqar Məmmədov
REAL Hərəkarının sədri İlqar Məmmədov

Vəkil istintaqın perspektivinin olmadığını bildirir. Məmmədovun təqsirsiz olduğuna və onun barəsində qanuniliyin pozulmasına dair daha ciddi dəlillər var

Fevralın 5-də Nəsimi rayon məhkəməsinə REAL ictimai hərəkatının lideri İlqar Məmmədovun Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi tərəfindən qanunsuz saxlanılması ilə bağlı şikayət verilib. Fevralın 6-da isə onun 2 ay müddətinə əsassız həbsi haqqında qərarla bağlı apellyasiya şikayəti verilib. Bu barədə vəkil Fuad Ağayev bildirib.

“İlqar Məmmədovun saxlanılması və həbsi üçün heç bir əsas yoxdur,” vəkil qeyd edib.

O deyib ki, Məmmədovun təqsirsiz olduğuna və onun barəsində qanuniliyin pozulmasına dair daha ciddi dəlillər var. Amma hələlik vəkil bu barədə ətraflı danışa bilmir, belə ki, məlumatı yaymamaq barədə iltizam verib.
İlqar Məmmədovun saxlanılması və həbsi üçün heç bir əsas yoxdur


Məmmədovun konkret olaraq nədə ittiham olunduğu barədə suala cavaba bildirib ki, istintaq onu İsmayıllıda iğtişaşların təşkilatçısı və iştirakçısı hesab edir.
İttihamın perspektivi varmı? Bu suala cavabda Ağayev birmənalı olaraq bildirib ki, bu işin heç bir perspektivi yoxdur.

“Lakin bütün bunların harada baş verdiyini nəzərə alsaq, heç nəyi istisna etmək olmaz”, deyə o əlavə edib.

Vəkil həmçinin qeyd edib ki, istintaqa Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov rəhbərlik edir. Məhz bu prokurorun rəhbərliyi ilə 2005-ci ildə Əli İnsanov, Fərhad Əliyev, Rafiq Əliyev, Akif Muradverdiyev və digərləri həbs edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə bu prokurorun rəhbərliyi ilə irəli sürülmüş ittihamların qanunsuz olduğu barədə qərarlar qəbul edib, deyə Ağayev qeyd edib və əlavə edib ki, İlqar Məmmədov özü möhkəm dayanır və ruhdan düşmür.
XS
SM
MD
LG