Accessibility links

Human Rights Watch: Hakmiyyət İsmayıllıda saxlananlarla amansız rəftar olunmadığına zəmanət verməlidir


human rights watch
human rights watch

Beynəlxalq hüquq təşkilatı Azərbaycan hakimiyyətini dinc yığıncaqlar qadağasına son qoymağa, fikirlərini ictimai şəkildə ifadə etdiyinə görə həbs edilənləri azad etməyə çağırıb

Azərbaycan hakimiyyəti İsmayıllı şəhərində iğtişaşlar və etirazlarla bağlı bütün saxlanılanların vəkili olduğuna və onlarla amansız rəftar olunmadığına zəmanət verməlidir. Hakimiyyət həmçinin müstəqil müşahidəçilərin İsmayıllıya çıxışını təmin etməlidir, deyə Human Rights Watch hüquq-müdafiə təşkilatının bəyanatında bildirilir.

Sənəddə qeyd edilir ki, üç vəkil prosessual normaların pozulduğunu və həbsxanada məhbusun döyüldüyünü bildirib.

Yanvarın 29-da İsmayıllıda polis monitorinq aparan 20 hüquq müdafiəçisindən ibarət qrupun qarşısını kəsib.

Təşkilat hakimiyyəti İsmayıllı hadisələrinin açıq, obyektiv araşdırılmasını təmin etməyə, qanuniliyə və polisin əməllərinə qiymət verməyə çağırıb.

Human Rights Watch nümayəndəsi Georgi Qogiya hakimiyyəti dinc nümayişçilərə qarşı uyğun olmayan güc tətbiqindən yayınmağa çağırıb.

“Azərbaycan Avropa Şurasının tövsiyələrinə qulaq asmalı və dinc yığıncıqlar qadağasına son qoymalı, fikirlərini ictimai şəkildə ifadə etdiyinə görə həbs edilən bütün şəxsləri azad etməli, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətini araşdırmalıdır”, deyə Qogiya bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG