Accessibility links

"Silahları üzərimizdən çəkin!" aksiyası


"Silahları üstümüzdən çəkin!" aksiyası - Amerikanın Səsi
please wait

No media source currently available

0:00 0:01:24 0:00

"Silahları üstümüzdən çəkin!" aksiyası - Amerikanın Səsi

Facebook sosial şəbəkəsi ilə planlaşdırılan "Silahları üstümüzdən çəkin!" adlı ismayıllılara dəstək aksiyası Fəvvarələr meydanında keçirilməli olsa da, əraziyə toplaşmış polis insanların oraya daxil olmasına imkan verməyib.

"Sahil bağı"na doğru istiqamət alan etirazçılar nümayişə "İsmayıllı oyaqdı, Bakı ona dayaqdı!", "İsmayıllı yatmayıb, qeyrətini satmayıb!" şüarları ilə başlayıb. Aksiyada "Silahları rədd edin!" və başqa şüarlar da səsləndirilib.




Polislər etirazçılara qarşı zorakı davranaraq onları saxlalyıb və əvvəlcədən əraziyə gətirilmiş avtobuslara doldurmağa başlayıb.

Saxlananlar arasında jurnalistlər Şahvələd Çobanoğlu, Xədicə İsmayılova, Musavat Partiyasının gənclər təşkilatından Nərgiz Yaqublu, Elçin Cərullazadə ,Elnur Əsgəriov, Mətin Nağıyev, Şamil Beydulla, NİDA-çılar Turgut Qəmbər, Nadir Alma, VHP-çi Nicat Kamal, AXCP-çi Əbülfəz Qurbanlı, fəallar Emin Milli, Emil Bağırov, Atabəy Ağalarbəyli, vəkil İntiqam Əliyev də var.

Son məlumatlara görə NİDA-çılar Nazlı və Aygün Pənçəliyevalar, Cavid Əfəndi və daha 30 nəfərdən artıq aksiyaçı saxlanılıb.

Sosial şəbəkələrdə dolaşan məlumata görə, Sahil bağına su vuran maşın gətirilib.

Sahil bağında nümayişçilərlə polis arasında qarşıdurmadan sonra aksiya Milli Parkda davam edib. Orada da polis etirazçılara qarşı zorakılıqdan istifadə edərək çoxsaylı insanı saxlayıb.

Facebookda aksiya iştirakçılarından bəziləri 30-a yaxın insan avtobusa doldurulduqdan sonra abtobusun içərisinə bibər qazı atıldığını bildirib.

Saxlananların sayının 60-dan çox olduğu bildirilir. "Azadlıq" qəzetinə istinadən saxlananların sayının təxmini siyahısını təqdim edirik:

İntiqam Əliyev (hüquq müdafiəçisi)
Məlahət Nəsibova (hüquq müdafiəçisi)
Şahvələd Çobanoğlu (jurnalist)
Xədicə İsmayıl (jurnalist)

Gözəl Bayramlı (AXCP, sədr müavini)
Əbülfəz Qurbanlı (AXCP GK sədri)
Mərdanə Hüseynova (AXCP)
Kəmalə Bənənyarlı (AXCP)
Tamella Əhmədova (AXCP)
Vusal Bayramov (AXCP)
Toğrul Həsənzadə (AXCP)
Xanım Mustafayeva (AXCP)
Tuncay Quliyev (AXCP)
Tural Həsənzadə (AXCP)
Azər Sadıqov (AXCP)
Dadaş Dadaşov (AXCP)
Abdulla Abdullayev (AXCP)
Nihad Hüseyn (AXCP)
Abdulla Mahmudov (AXCP)
Ramin Musayev (AXCP)
Kamran Sanatürk (AXCP)

Yeganə Hacıyeva (Müsavat)
Nərgiz Yaqublu (Müsavat)

Nazlı Pənçəliyeva (NİDA)
Aygül Pənvəliyeva (NİDA)
Aygün Pənvəliyeva (NİDA)
Nadir Alma (NİDA)
Turqut Qəmbər (NİDA)
Zaur Qurbanlı (NİDA)
Gülnaz Məmmədli (NİDA)

Nicat Kamal (VHP)
Türkel Rüstəmxanli (VHP)

Emin Milli
Emil Bağırov
Cavid Əfəndi
Atabəy Ağalarbəyli
Ziya Bayramov
İkin Rüstəmzadə
Hikmət Abdullayev
Elçin İbadov
Elvin Elxan

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG