Accessibility links

REAL Hərəkatının liderinə qarşı ittiham irəli sürülür


REAL Hərəkarının sədri İlqar Məmmədov
REAL Hərəkarının sədri İlqar Məmmədov

O İsmayıllı hadisələrinə görə günahlandırlır. Müsavat Partiyasınınm sədr müavininə qarşı da ittiham irəli sürüləcəyi gözlənilir

Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi REAL Hərəkatının lideri İlqar Məmmədova qarşı ittiham irəli sürəcək. O yanvarın 23-24-də İsmayıllıda baş vermiş qarşıdurmada günahlandırılır. Bu barədə vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib.

Bir neçə gün öncə İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu istintaqa dəvət edilib, onların əhalini polisin tələblərinə tabe olmamağa çağırdığı bildirilib.

Fevralın 4-də səhər saatlarında İlqar Məmmədov və Tofiq Yaqublu yenidən istintaqa dəvət edilib

İsmayıllıda baş verən hadisələrlə bağlı qaldırılmış cinayət işinin istintaqını aparan müstəntiqlərdən biri bir saat öncə vəkil Fuad Ağayevə müraciət edərək İlqar Məmmədova qarşı ittiham irəli sürüləcəyini bildirib. Hazırda İlqar Məmmədov və Tofiq Yaqublu Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG