Accessibility links

Nigar Yaqublunun həbsdən azad edilməsi tələb edilir [Audio]


Nigar Yaqublu etiraz aksiyasında
Nigar Yaqublu etiraz aksiyasında

Demokrat Partityası siyasi baxışlarına görə həbsdə olan şəxslərin azad buraxılmasını istəyir

Gənc müsavatçı Nigar Yaqublunun atası Tofiq Yaqublu ilə müsahibə
please wait

No media source currently available

0:00 0:06:30 0:00


Demokrat Partiyası gənclər təşkilatı gənc müsavatçı Nigar Yaqublunun həbsini pisləyib. Təşkilatın bəyanatında deyilir ki, qanunsuz həbslər insan haqları və azadlıqların olmamasının nəticəsidir.

N.Yaqublu təsadüfən avtomobil qəzası törədib. Zərərçəkən tərəfin şıkayətçi olmamasına baxmayaraq gənc siyasi fəal sifarişlə həbs edilib.

“Hakimiyyətdə olan rejimin belə hadisələrdə xanımlara etdiyi güzəştləri N.Yagublıya şamil etməməsi, ayrı-seckiliyə məruz qoymaqla 2 il 6 ay müddətinə həbs etməsi milli dəyərlərə zidd addımdır”, - sənəddə qeyd edilir.

ADP-çi gənclər iqtidardan insan haqları konvensiyasına əməl etməyi, siyasi baxışlarına görə həbsləri dayandırmağı, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağı və siyasi mənsubiyyətinə görə həbs edilən gənclərin dərhal azadlığa buraxılmasını tələb edir.

Nigar Yaqublunun atası, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Amerikanın Səsi radiosuna müsahibəsində qızının həbsini siyasi adlandırıb.

O Abşeron rayon məhkəməsinin hökmündən apelyasiya şikayəti veriləcəyini deyib.

"Eyni zamanda, Avropa İnsan Haqları Konvensiyası və mövcud qanunvericiliyin əksinə olaraq mənimlə qızımın telefon danışıqları dinlənilib. Bu bir daha müxalifət fəallarının telefon danışığının dinlənilməsinin sübutudur. Bununla bağlı cinayət işi qaldırılması ilə bağlı iddia qaldıracam", T.Yaqublu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG