Accessibility links

Rauf Arifoğlu baş prokurorun qəbuluna düşə bilmir [Video-Müsahibə]


Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlunun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:10:16 0:00

Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlunun Amerikanın Səsinə müsahibəsi

Yeni Müsavat qəzetinin baş redaktoru qəzetin əməkdaşı Tofiq Yaqublunun həbsini qərəzli sayır. O, ölkədəki durumun gərginliyə doğru getdiyini bildirib

Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu Amerikanın Səsinə müsahibəsində qəzetin əməkdaşı Tofiq Yaqublunun həbsini qərəzli adlandırıb.

Onun sözlərinə görə, Tofiq Yaqublu İsmayıllıya qəzet üçün material hazırlamaq üçün gedib.

“O, İsmayıllıya iğtişaşlardan sonra gedib və cəmi beş dəqiqədən sonra polisin tələbi ilə hadisə yerini tərk edib. Tofiq Yaqublu İsmayıllını tərk etdikdən sonrakı günlərdə də qarşıdurma davam edib. Bu səbədən Tofiq Yaqublu vətəndaşları polisin tələbinə tabe olmamağa çağıra bilməzdi və o özü polsin tələbinə tabe olub. Çünki onu hadisə yerindən polis avtomobilində uzaqlaşdırıblar”, - o qeyd edib.

Baş redaktor istintaq orqanını Tofiq Yaqublunu və REAL Hərəkatının lideri İlqar Məmmədovu həbsdən azad etməyə çağırıb.

“Mən Prezident Aparatına, Baş Prokurorluğa müraciət etmişəm. Müraciətimdən üç gün keçməsinə baxmayaraq hələ də baş prokuror ölkənin ən çoxtirajlı qəzetinin baş redaktorunu qəbul etməyib. Məni 10-15 dəqiqə qəbul edərsə Tofiq Yaqubluya qarşı münasibətin dəyişəcəyinə inanıram”.

Rauf Arifoğlu istintaq orqanının Tofiq Yaqublunun ailəsinə qarşı münasibətini qərəzli sayır. Hazırda Tofiq Yaqublunun qızı da həbsdədir.

“Tofiq Yaqublu Dövlət Neft Akademiyasında terror aktı ilə bağlı istintaq orqanının gəldiyi nəticələri sual altında qoyan reportaj hazırlamışdı. O, istintaq orqanı tərəfindən terrorun təşkilatçısı kimi tanınaraq İnterpol xətti ilə axtarışa verilmiş Qumaşyanı tapıb, ondan video müsahibə götürmüşdü. Qumaşyan çörək bişirməklə məşğul idi. Qumaşyan müxbirə axtarılmadığını və gizlənmədiyini bildirmişdi”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG