Accessibility links

Dövlət Departamenti Rusiyanın səylərinin Qafqazda sülh perspektivlərini sarsıtdığını bildirib


Vedant Patel (Rəsmi foto)
Vedant Patel (Rəsmi foto)

ABŞ Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh prosesində Qərbin roluna verdiyi xarakteristikanı təkzib edib.

"Cənubi Qafqazda sülhə yardım bizim üçün davamlı prioritetdir". Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel fevralın 10-da ənənəvi brifinq zamanı Turan agentliyinin suallarına cavabda bildirib.

Patelin şərhləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın Vaşinqtonu və Brüsseli Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli razılaşmaları pozmaq cəhdində, habelə regionda təhlükəsizlik sistemini dəyişdirmək cəhdində ittiham etməsinə cavab olaraq səslənib.

Patel xatırladıb ki, Cənubi Qafqazda sülhə yardım Bayden administrasiyası, xüsusən dövlət katibi Blinken üçün "davamlı prioritet olaraq qalır", "onun Ermənistan və Azərbaycan liderləri ilə birbaşa əlaqələri və bilavasitə qarşılıqlı fəaliyyəti bunu göstərir".

"Və bu, bizim diqqət yetirməyə davam edəcəyimiz məsələdir", o bildirib.

Rusiyaya gəlincə Patel deyib ki, fakt ondan ibarətdir ki, Rusiyanın təcavüzü və birtərəfliliyi bir sıra səyləri, Minsk Qrupu formatında məhsuldar iş üçün bir sıra perspektivləri sarsıdıb.

ABŞ istər ikitərəfli fomatda, istər Avropa İttifaqı daxilində mexanizmlər, istərsə də ATƏT vasitəsilə sülhün təşviqi üçün istənilən bütün yollarda iştirak etməyə qətiyyətlə sadiq qalır. Dediyim kimi, Cənubi Qafqazda sülhün təşviqi bizim üçün daimi prioritet olaraq qalır", deyə Patel qeyd edib.

XS
SM
MD
LG