Accessibility links

Dövlət Departamenti Cənubi Qafqazın ABŞ üçün vacib region oduğunu bildirib


Vedant Patel (Rəsmi foto)
Vedant Patel (Rəsmi foto)

ABŞ-ın Cənubi Qafqazda danışıqlar üzrə yeni baş müşaviri "çətin və mürəkkəb məsələlər üzərində işləməkdə əhəmiyyətli təcrübəyə malikdir".

Bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ənənəvi brifinqdə Turan agentliyinin müxbirnin sualının cavabında bildirib.

Diplomat Lui L. Bono bu yaxınlarda həmin vəzifədən istefaya getmiş səfir Filip Rikeri əvəz edəcək.

"Cənab Bono ABŞ-ın Cənubi Qafqazda sülh və sabitliyi təşviq etmək üçün cəlb edilməsinə rəhbərlik edir. O, həm də sələflərinin bu rolda olduğu kimi ATƏT-in Minsk Qrupunun həmsədrlik formatında ABŞ-ı təmsil edir. Xüsusilə, bu Bayden administrasiyası üçün davamlı prioritetdir. Cənab Bono çətin və mürəkkəb məsələlər üzərində işləməkdə əhəmiyyətli təcrübəyə malik olan şöbənin yüksək səviyyəli rəhbəridir. O, bu yeni vəzifəni öz üzərinə götürməkdə dövlət katibi Blinkenin və bu departamentin şəxsi etibarına malikdir", Vedant Patel qeyd edib.

O bildirib ki, Cənubi Qafqaz dövlət katibi üçün çox vacib olan bir regiondur.

"Dövlət katibi Blinken, bildiyiniz kimi, həm Ermənistan, həm də Azərbaycan liderləri ilə danışmaq imkanı olub. Beləliklə, bu, dərindən məşğul olmağa davam edəcəyimiz bir məsələdir", o qeyd edib.

Hələlik Dövlət Departamenti Bononun Cənubi Qafqaz regionuna qarşıdakı səfərini elan etməsə də, Patel qeyd edib ki, "diqqətimizi məhz buna yönəldəcəyik".

XS
SM
MD
LG