Accessibility links

ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi təyin edilib


Louis L. Bono
Louis L. Bono

ABŞ Dövlət Departamenti Luis Bononu Qafqaz danışıqları üzrə yeni baş məsləhətçi təyin edib.

Bu barədə dövlət katibi Antoni Blinken twitter hesabında yazıb.

Onun sözlərinə görə, Luis Bono ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi təyin edilib.

"Onun səyləri bizim Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həlli istiqamətində fəaliyyətimizi daha da inkişaf etdirəcək", Blinken qeyd edib.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Antoni Blinkenin twitter hesabı
Antoni Blinkenin twitter hesabı

Luis Bono ABŞ-ın Vyanadakı Beynəlxalq Təşkilatlar yanında missiya rəhbərinin müavinidir. O, əvvəllər Müqəddəs Taxt-Tacdakı Səfirlikdə missiya rəhbərinin müavini, Bəsrə Regional Ofisinin direktoru, (Milli Təhlükəsizlik Şurasında) Dövlət Katibinin müavininin məsləhətçisi və Dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə müavinin müşaviri olub. O, həmçinin ABŞ-ın Avropa İttifaqı və BMT-dəki nümayəndəliklərində, həmçinin Berlin və İslamabaddakı ABŞ səfirliklərində də çalışıb.

XS
SM
MD
LG