Accessibility links

Şahdəniz qaz nəqli üçün yekun təklifləri qiymətləndirməyə başlayır


Avropa boru xətti üzrə yekun qərarın bu ilin iyun ayının sonunadək veriləcəyi gözlənilir

Şahdəniz konsorsiumu Mərhələ 2 qazının Avropaya nəqli üçün Nabucco Gas Pipeline International və Trans Adriatical Pipeline (TAP) layihələrindən aldığı yekun təklifləri qiymətləndirməyə başlamışdır. Bu haqda Turan agentliyinə BP-Azərbaijan şirkətindən məlumat veriblər.

Təqdim olunmuş sənədlər Şahdəniz konsorsiumuna imkan verir ki, hər bir nəql variantı üzrə yekun qiymətləndirmə aparsın və Avropaya ixracın üstün marşrutu haqqında tam məlumat əsasında qərar versin. Avropa boru xətti üzrə yekun qərarın bu ilin iyun ayının sonunadək veriləcəyi gözlənilir.

Nəql təkliflərinə Nabucco West və TAP layihələrinin texniki, inzibati-nəzarət, maliyyə və digər aspektlərinə dair əsaslı məlumatlar daxildir. Konsorsium bununla müfəssəl dəyərləndirmə mərhələsinə daxil olur və bu mərhələdə təkliflər əvvəlcədən ictimaiyyətə açıqlanmış seçim meyarları əsasında qiymətləndiriləcək. Həmin meyarlar bunlardır: kommersiya, layihənin həyata keçmə mümkünlüyü, maliyyə baxımından mümkünlüyü, mühəndis-layihə işləri, uyğunluq və şəffaflıq, təhlükəsiz və səmərəli istismar, mərhələlərlə genişləndirilmənin mümkünlüyü və strateji mülahizələr.

Bu şirkətlərin hər biri ilə aydınlaşdırma görüşləri də keçiriləcək. Təqdim olunmuş nəql təkliflərinin 2013-cü ilin aprelin sonunadək hüquqi öhdəliyə malik olacağı gözlənilir. Növbəti ay ərzində Şah-dəniz konsorsiumu həmçinin Avropadakı potensial qaz alıcılarından hüquqi öhdəlik yaradan qaz satışı təklifləri alacağını da gözləyir.

Şah-dəniz Mərhələ 2 layihəsi “Cənub qaz dəhlizi”ni açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. Mərhələ 2 layihəsi çərçivəsində ildə 16 milyard kub metr qaz hasilatı gözlənilir.

Proqnoza görə Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 km məsafədə yerləşən Şahdəniz yatağının Mərhələ 2 işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) ildə 16 milyard kub metr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. Şah-dəniz qazının Türkiyə ərazisində və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG