Ölkədəki intihar hallarının 80 faizi sosial problemlərlə bağlıdır. İntihar problemin həlli demək deyil. Problemi ömrü davam etdirərək mübarizə yolu ilə həll etmək lazımdır. Bu gün Milli Şuranın təşəbbüsü ilə son zamanlar davamlı xarakter almış intiharlarla bağlı keçirilən ictimai dinləmələrin əsas leytmotivi belə olub.
Dinləmələrdə siyasi xadimlər, hüquq müdafiəçiləri, ictimai institutların təmsilçiləri, ekspertlər, hüquqşünaslar, araşdırmaçı jurnalistlər iştirak edib.
Bu ilin əvvəlindən ölkədə 36 intihar hadisəsi qeydə alınıb. Statistikaya görə, ölkədə 2008-ci ildə 138, 2009-cu ildə 165, 2010-cu ildə 289, 2011-ci ildə 414, 2012-ci ildə 482 intihar qeydə alınıb. Bunların 2011-ci ldə 12-i, 2012-ci ildə 19-u, 2013-cü ildə 16-sı, 2014-cü ilin yanvarında isə 4-ü orduda baş verib.
“Cəmiyyətin həyəcan təbili çalması üçün baş verənlər yetərlidir. Azərbaycan hökuməti qəflət yuxusundan ayılmalıdır. İnsanlar çıxış yolunu nümayişkaranə şəkildə özünü yandırmaqda görürsə hansı insan hüquqlarından, hüquqi dövlətdən danışmaq olar?” deyə Milli Şuranın sədri Cəmil Həsənli qeyd edib.
Psixoloq Azad İsazadə praktikaya əsaslanaraq deyib ki, hər 10 intihara cəhddən 1 və ya 2-si ölümlə nəticələnir.
“2014-cü ildə orta hesabla 350-400 intihara cəhd olub. İntihara cəhdin iki səbəbi var: daha yaşaya bilmirəm, daha dözə bilmirəm. Azərbaycanda risk qrupuna hətta uşaqlar da daxil olub. Bu günlərdə 3-cü sinif şagirdi intihar edib, 9-cü sinif şagirdi, - “nənəmə baxmaqdan bezmişəm, deyə intihar edib”, İsazadə bildirir.
Daha Azərbaycanda benzindoldurma məntəqələrində butulka ilə benzin satmırlar.
Ekspertin fikrincə, ölkədə intihar edənlərin yalnız 10-15 faizi psixoloji cəhətdən normal olmayanlardır.
“Ölkədə intihar hallarına daha çox sosial problemləri olanlar və qadınlar cəhd edir. İnsanlar şikayətlərini edib cavab almayanda nümayişkaranə şəkildə özünü yandırır və qadınlar döyülür-döyülür, qonşular baxır, cəmiyyət ailə məsələsinə qarışmaq istəmir, sonda o özünü yandırmaqla cəmiyyətə mesaj verir”, ekspert qeyd edib.
AXCP sədri Əli Kərimli hesab edir ki, intihara əsasən imkansızlıq, sosial problemlər, şikayətləri etmək üçün ünvan tapmamaq səbəb olur.
“Bunlara hökumət cavab verməlidir. Burada müxalifətin də məsuliyyəti var. Biz cəmiyyətə birləşərək problemləri birgə həll edə biləcəyimiz ümidini verə bilmirik”, o qeyd edib.
Kərimlinin fikrincə, insanların intihar cəhdinə hökumət reaksiya vermir.
“Son hadisələr də göstərdi ki, Azərbaycan hakimiyyəti intiharlara sadəcə bir statistika kimi baxır. Çıxış yolu ömrü davam etdirməklə mübarizəyə qoşulmaqdır”, AXCP lideri cəmiyyətə mesaj verib.
Çıxışlarda ölkədə bir çox hallarda intiharlar faktlarının gizlədildiyi bildirilib. Bu hallar orduda və həbsxanalarda daha çox rast gəlinir.
Ekspertlər və hüquq müdafiəçiləri hesab edir ki, bütün hallarda intihar halları ilə bağlı cinayət işi başlanmalıdır. Amma, intihar hallarının 90 faizi ilə bağlı cinayət işi qaldırılmır.
“Ailədə və orduda intihar halları bir çox hallarda cinsi istismarla bağlı olur. Amma bunlar gizlədilir. İstənilən halda orduda və ailə daxilində baş verən intiharlarla bağlı cinayət işi qaldırılmalıdır”, hüquq müdafiəçisi Aytəkin İmranova bildirib.
Ekspertlərin dediyinə görə, 2013-cü ildə 922 intihar və ya intihara cəhd olub. Hər il orta hesabla intihara cəhddən 80-90 uşaq ölür. Təhlükəsizlik sektorunda isə 2013-cü ildə 82 ölüm halından, 18-i özünəqəsddir.
Bir çox ekspertlər intihara cəhdin artmasında medianın məlumatlarının da rol oynadığını deyib. Hökumət nəzarətində olan televiziyalara intihar halları ilə bağlı məlumat verməmək göstərişi verib.
“Doğrudur məlumatlar intihara çağırış motivli olmamalıdır. Amma, intihar haqqında məlumatların mediada verilməməsi problemin həlli demək deyil. Bunun qadağan edilməsi isə məlumat azadlığının məhdudlaşdırılmasıdır”, media eksperti Ələsgər Məmmədli qeyd edib.
Media üzrə ekspertlər və ictimai-siyasi xadimlər Milli Məclisdə “İnformasiyanın psixoloji təhlükəsizliyi haqqında” qanun layihəsinin hazırlanmasını kəskin tənqid edib.
“Televiziyalar neçə illərdir ki, korrupsiya haqqında məlumat vermir. Problem həll edilib?”, jurnalsit Elnur Aslanbəyli sual edib.
Ekspertlər Azərbaycanda intiharların əsas səbəblərindən biri kimi etiraz etmək, birləşmək hüququnun məhdudlaşdırılması, insanların məhkəmələrdə ədalət görməməsini göstərib.
“Etirazın başqa formalarına imkan verilmədiyindən insanlar nümayişkaranə intihardan başqa yol tapmırlar”, deyə hüquqşünas Namizəd Səfərov qeyd edib.
Burada həbsdəki NİDA fəalı Rəşadət Axudnovun babasının etiraz olaraq damarlarını kəsməklə intihar etməsini, Şəki Məhkəməsində ədalətsizliyə etiraz olaraq intihara cəhd etmiş məhbusu misal göstəriblər.
“Qarabağ əlili Zaur Həsənov özünü yandırdıqdan sonra hökumətin davranışı ölkədə özünü yandırmanın artmasına rəvac verdi. Çünki insanlar özünü yandırmaqla probleminin həll olunacağını düşünürdü. Burada mətbuatın məlumatları təqdimatının da rolu oldu. İntihar halı mediada romantikləşdirilməməlidir, başqa çıxış yolu yoxdur kimi təqdim edilməməlidir”, ekspert Ülviyyə Əsədzadə qeyd edib.
Media intihar hadisələrində həyatda qalıb daha yaxşı mübarizənin mümkünlüyünü təbliğ etməlidir. Bununla yanaşı intiharın səbəbləri təhlil edilib cəmiyyətə təqdim edilməlidir.
Dində intihar qadağandır. Dinşünas ekspert İlqar İbrahimoğlu hesab edir ki, intihar edənlər heç də müxalifət fəalları qədər əzaba düçar olmayıb.
“İntihar ən dəhşətli günahdır. İnsan tövbədən də özünü məhrum edir”, o bildirib.
Ekspertlər ölkədə intiharın və infarkt hallarının cavanlaşdığını bildirib. Belə ki, dövlət büdcəsindən şəkər xəstələri, dializ və digər xəstəliklər üçün külli miqdarda vəsait ayrılır. Ancaq dərmanlar xəstələrə verilmir və ya dərmana, müalicəyə əl çatımlılıq üçün min bir əzab çəkmək lazımdır.
“Ölkədə 1 380 000 adam pensiya alır. 340 000 əlil var. Əlillər orta hesabla 129 manat 20 qəpik pensiya alır. 2007-ci ildə 220 min ünvanlı sosial yardım alan var idisə, 2013-cü ildə 590 min nəfər bu yardım üçün müraciət edib. İnsanların sosial durumu ağırlaşmaqda davam edir. Statistikaya görə ölkə əhalisinin cəmi 7 faizinin (adambaşına gəlir) gəliri 250 manatdan, 3 faizinin gəliri 300 manatdan çoxdur. Hökumət pensiyaları orta hesabla 1 manat 30 qəpik qaldırdı, prezidentə isə 240 milyon dollar qiyməti olan təyyarə aldı. İntihar cəhdləri bu problemlərdən qaynaqlanır”, iqtisadçı ekspert Nemət Əliyev bildirib.