Accessibility links

Etiraz aksiyasının daha bir neçə iştirakçısı həbs edilib


Fəvvarələr meydanında iştirak edən AXCP və Musavatçı gənclər inzibati həbs alıblar
Fəvvarələr meydanında iştirak edən AXCP və Musavatçı gənclər inzibati həbs alıblar

Qarabağ əlili Zaur Həsənovun özünü öldürməsinə etiraz aksiyasına qatılmış 22 nəfər inzibati qaydada cəzalandırılıb

Dekabrın 29-da Bakının Fəvvarələr meydanında Qarabağ əlili Zaur Həsənovun özünü öldürməsinə etiraz aksiyasına qatılmış gənclər Səbail rayon məhkəməsinin qərarı ilə cəzalandırılıb.

Musavat Partiyasının Divan üzvü Tural Abbaslı Amerikanın Səsinə bildirib ki, partiyanın üzvləri İnzibati Xətalar Məcəlləsinin 298.2 (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə günahladırılan Orxan Eyyubzadə 18 sutka, Cavid Hacıbəyli 16 sutka, Tural Sadıqlı -17 sutka həbs edilib.

AXCP üzvləri Türkel Əlisoy 15, Orxan Carçı 16 sutka həbs edilib, Bəyim Həsənli 400 manat, Kəmalə Bənanyarlı - 500 manat cərimələnib.

Dekabrın 29-da isə Qarabağ əlili Zaur Həsənovun özünü yandıraraq intihar etməsi ilə bağlı keçirilən etiraz aksiyasına qatılmış gənc fəal Samir Poladov Səbail Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs alıb.

Həmin gün Səbail Rayon Polis İdarəsi AXCP-dən 8, Müsavat Partiyasından 2 nəfəri 300 manat cərimələyib. Qarabağ döyüşçülərindən Cavanşir Osmanlı (350 manat), İldırım Təhməzov (300 manat), bitərəflər Novruz Novruzov (300 manat), Məcid Vahid də (500 manat) cərimələnənlər arasındadır.
XS
SM
MD
LG