Accessibility links

Fuad Ağayev: Zaur Həsənovun intiharı ilə bağlı cinayət işi qaldırılmalıdır [Audio-müsahibə]


مینہٹن کے مشرقی دریا میں برف جمنے کے باعث بروکلین اور کوئینز کے درمیان ذرائع آمد و رفت تعطل کا شکار ہو گئے۔
مینہٹن کے مشرقی دریا میں برف جمنے کے باعث بروکلین اور کوئینز کے درمیان ذرائع آمد و رفت تعطل کا شکار ہو گئے۔

Vəkil Fuad Ağayevin Qarabağ əlilinin özünü yandıraraq intihar etməsi ilə bağlı Amerikanın Səsinə müsahibəsi

Vəkil Fuad Ağayev Amerikanın Səsinə Qarabağ əlili Zaur Həsənovun özünü yandıraraq intihar etməsi ilə bağlı müsahibəsində baş verən hadisənin tam hüquqi araşdırılması və insanı ölüm həddinə çatdıran məhkəmə və icra hakimiyyəti vəzifəlilərinin cəzalandırılmasının vacibliyindən danışır.

Vəkil Fuad Ağayevlə müsahibə
please wait

No media source currently available

0:00 0:04:04 0:00

Vəkil Fuad Ağayev deyib ki, Qarabağ əlili Zaur Həsənovun özünü yandıraraq intihar etməsi faktı üzrə Cinayət Məcəlləsinin intihar həddinə çatdırma maddəsi ilə cinayət işi qaldırılmalıdır.

“Özünü yandırma faktı üzrə cinayət təhqiqatı aparılmalıdır. Əgər intihar həddinə çatdırma faktı müəyyən edilsə günahkarlar cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Vəkil hesab edir ki, səlahiyyətli hakimlərin və vəkillərin iştirakı ilə Z.Həsənovun obyektinin əlindən alınmasının əsaslı və qanuni olub-olmaması barədə məhkəmə qərarları araşdırılmalıdır.

“Azərbaycanda məhkəmə hakimiyyəti pis vəziyyətdədir, bütün səviyyələrdə hakimlərin qanunsuz qərarlar qəbul etməsi praktikası mövcuddur. Avropa İnsan Hüquqları Məhkəməsinin çoxsaylı qərarları bundan xəbər verir. Odur ki, hakimlərin qanunsuz qərarlar qəbul etməsi ilə bağlı faktlar müəyyən edilərsə Ali Məhkəmənin sədri Ramiz Rzayev Ali Məhkəmənin plenumunda bu qərarların ləğvi barədə təqdimatla çıxış etməlidir”, - F.Ağayev bildirib.

Vəkil Aslan İsmayılov isə deyib ki, Z.Həsənovun intihar həddinə çatdırılmasını düşünməyə çoxlu əsaslar var.

A.İsmayılov bildirib ki, Z Həsənov əvvəllər də obyektinin əlindən alınmasına etiraz olaraq damarlarını kəsib, aclıq keçirib.
XS
SM
MD
LG