Accessibility links

İsmayıllı hadisələri ilə bağlı məhkəmədə vəkil cərimələnib


Müqəddəs Patrik Günündə Ağ Evin qarşısındakı fontan da yasıl rəngdədir.
Müqəddəs Patrik Günündə Ağ Evin qarşısındakı fontan da yasıl rəngdədir.

Hakimlər vəkilin etirazı təmin etməyib və Fuad Ağayev “prosesə mane olduğu” üçün 220 manat cərimələnib.

Yanvarın 13-də Şəki Ağır Cinayətlər məhkəməsində İsmayıllı hadisələri üzrə zərərçəkənlərin və şahidlərin ifadə verməsi davam edib. Əsasən polis əməkdaşı Rəşad Əhmədov ifadə verib.

Turanın agentliyinin məlumatına görə müttəhim İlqar Məmmədov etiraz edərək bildirib ki, R.Əhmədov zərərçəkən deyil və onun hər hansı xəsarət alması barədə tibbi rəy yoxdur.

Vəkil Fuad Ağayev yazılı şikayət verəcəyini bildirib. Sonra o, müttəhimlərin hüquqlarının müdafiəsinin mümkün olmadığını bəyan edib. Belə ki, məhkəmə bütün vəsatətləri rədd edir, zalda iştirak edən şahidlər prokurorun sözü ilə hərəkət edirlər.

Bununla əlaqədar vəkil məhkəmə heyətinə etiraz edib. Lakin hakimlər etirazı təmin etməyiblər və F.Ağayev “prosesin aparılmasına mane olduğu” üçün 220 manat cərimələnib.

Bundan sonra iclas davam edib. Fasilədə müttəhimlərdən biri Səxavət Səmədov Turana bildirib ki, əvvəlki iclasda polis əməkdaşı Rauf Kərimov onun əleyhinə yalan ifadə verib. Buna etiraz olaraq yanvarın 10-na keçən gecə S.Səmədov özünü asaraq intihar etmək istəyib. Lakin kamera yoldaşı onu xilas edib.

İsmayıllı iğtişaşları ilə bağlı iş üzrə 18 nəfər müttəhimlər kürsüsündədir. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu da var. Onlar 2013-cü il yanvarın 23-24-də İsmayıllıda kütləvi iğtişaşların təşkilində və iştirakda ittiham olunurlar.
XS
SM
MD
LG