Accessibility links

Müttəhimlər İsmayıllı hadisələri ilə bağlı ifadə verir


İsmayıllı hadisələri
İsmayıllı hadisələri

Şəki Ağır Cinayət Məhkəməsində İsmayıllı hadisələri ilə bağlı proses davam edir

Yanvarın 8-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrinə dair məhkəmə prosesi davam edib.

İş üzrə müttəhim kimi 18 nəfər, o cümlədən REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqubludur. Onlar 2013-cü il yanvarın 23-24-də İsmayıllıda kütləvi iğtişaşların təşkilində və iştirakında təqsirli bilinirlər.

Günün birinci yarısında iki müttəhim ifadə verib. Bu barədə Turan agentliyi məlumat yayıb.

Elşən İsmayıllı bildirib ki, etiraz aksiyalarına heç bir aidiyyatı yoxdur. O qeyd edib ki, “Azadlıq” qəzetinin əməkdaşı olan qardaşı Elçin İsmayıllının jurnalist fəaliyyəti ilə əlaqədar həbs olunub.

Müttəhimin atası Səməd İsmayıllı bildirib ki, Elşən İsmayıllının qardaşı İsmayıllı hadisələrini mətbuatda geniş işıqlandırdığına görə Elşəndən qisas almaq üçün həbs ediblər.

“Rayon polisiin rəisi etiraf edib ki, Elçini həbs edə bilmirlər, çünki jurnalistdir, odur ki, Elşəni həbs ediblər”, - S.İsmayıllı bildirib.

Sonra epilepsiya xəstəliyindən əziyyət çəkən Mirkazım Abdullayev çıxış edib. Əvvəlki iclaslardan birində o, huşunu itirmişdi. M.Abdullayev deyib ki, yazıb-oxuya bilmir, odur ki, heç bir protokolu imzalamayıb. Hətta müttəhim vəkilinin tərtib etdiyi ifadənin mətnini imzalamayıb.

M.Kazımov bildirib ki, ilkin istintaq zamanı ona fiziki təzyiq edilib. Belə ki, rayon polisinin rəis müavini Şöhrət Kərimov onu azad edəcəyini vəd edərək müttəhimlərə qarşı yalan ifadə verməyi təklif edib.

Lakin M.Abdullayev bundan imtina edib. Bundan əlavə, onun sözlərinə görə, polis rəisinin müavini müttəhimin anasına təklif edib ki, oğlunu azad etmək üçün 2 min manat versin. Lakin ailənin bu qədər pulu olmayıb.
XS
SM
MD
LG