Qadın Krizis Mərkəzinin psixoloqu Azad İsazadə Amerikanın Səsinə müsahibəsində ölkədə son dövrlər intihar hallarının artmasının səbəblərindən danışıb.
İsazadənin fikrincə, ölkədə insanları intihara aparacaq çoxsaylı səbəblər var.
“Yaş qruplarından asılı olaraq intiharların səbəbi də fərqlənir. Ən böyük risk qrupu yeniyetmələr və pensiya qabağı (45-60 yaş) yaş qruplarıdır. Yeniyetmələr maksimalist olurlar,- ya qara, ya ağ. Kiçicik uğursuzluq intihara səbəb ola bilər. Pensiya qabağı isə insanlar depresiyaya düşə bilir. Birdən bütün gəlirlərdən, iş yerindən mərhum olan insan ailə qarşısında öhdəliklərini yerinə yetirə bilmir və depresiyaya düşür ”, o qeyd edib.
Ekspertin dediyinə görə bu ilin yanvarında sanki ölkədə intihar dalğası başlayıb.
“Elə gün olmur ki, intihar edən olmasın. Səbəbi cəmiyyətədə inamsızlıqdır, - gələcəyini görməmək, arzulara çatmaq imkanlarını görməməkdir ”.
Psixoloq hər il bir neçə insanın qəbul imtahanlarında uğursuzuluq səbəbindən intihardan və hərbi xidmətə çağrışçılar arasında intiharlardan da danılşıb.
“Ölkədə sanki imtahandan keçməmək ailə üçün fəlakət dərəcəsində qəbul edilir. Eyni zamanda, insanlar hərbi xidmətə hazırlanmır. Birdən yaşayış mühiti kəskin dəyişir və insan çıxış yolu tapa bilmir ”, o qeyd edib.
İsazadə son zamanlar intihar hallarının artmasının cəmiyyətdə aqresiya hallarının çoxalması ilə əlaqəli olduğunu da deyib.
Bir-birimizlə ailədə, küçədə sakit danışa bilmirik. Biz hamımız əsəbiyik. Zəif, incə, mübarizə apara bilməyən, aqresiyasını kənara çıxara biməyən insan onu özünə yönəldir və bu intiharla nəticələnir ”.
Onun sözlərinə görə intihar həm də nümayişdir.
“İnsan çıxış yolu tapa bilməyəndə intihara müraciət edir. İnsanı cəmiyyət və dövlət eşitməyəndə intihar edir ki, bəlkə bundan sonra eçidilər”.
Ekspertin fikrincə, hər on intihar halından 1 və ya 2-si reallaşır.
“Ən düşündürücüsü cəmiyyətdə intihar arzusunun artmasıdır. Bu hər kəsi düşündürməlidir”, o qeyd edib.
İsazadənin fikrincə, ölkədə insanları intihara aparacaq çoxsaylı səbəblər var.
. Ən böyük risk qrupu yeniyetmələr və pensiya qabağı (45-60 yaş) yaş qruplarıdır.
Ekspertin dediyinə görə bu ilin yanvarında sanki ölkədə intihar dalğası başlayıb.
Elə gün olmur ki, intihar edən olmasın. Səbəbi cəmiyyətədə inamsızlıqdır.
Psixoloq hər il bir neçə insanın qəbul imtahanlarında uğursuzuluq səbəbindən intihardan və hərbi xidmətə çağrışçılar arasında intiharlardan da danılşıb.
“Ölkədə sanki imtahandan keçməmək ailə üçün fəlakət dərəcəsində qəbul edilir. Eyni zamanda, insanlar hərbi xidmətə hazırlanmır. Birdən yaşayış mühiti kəskin dəyişir və insan çıxış yolu tapa bilmir ”, o qeyd edib.
İsazadə son zamanlar intihar hallarının artmasının cəmiyyətdə aqresiya hallarının çoxalması ilə əlaqəli olduğunu da deyib.
Cəmiyyətdə aqressiya çoxalıb.