Qarabağ qazisi Zaur Həsənovu intihar həddinə gətirən vəzifəli şəxslərin cəzalandırılması tələbi ilə dekabr 29-da keçirilən etiraz aksiyası zamanı saxlanaraq inzibati həbsə məhkum edilmiş Müsavat Partiyasının gənc fəalı Cavid Hacıbəyli Amerikanın Səsinə müsahibəsində Binəqədidəki İnzibati Həbs Olunanların Saxlanması Məntəqəsində insanlara münasibət və məruz qaldıqları təzyiqlərdən danışıb.
Qarabağ qazisi Zaur Həsənov istifadəsində olan kafenin alınmasına etiraz olaraq dekabrın 25-də özünü yandırıb. Dekabrın 29-da o xəstəxanada vəfat edib.
Dekabrın 29-da Fəvvarələr meydanında keçirilən etiraz aksiyası zamanı 21 nəfər saxlanıb. Onlardan 14 nəfər cərimələnib, 7 nəfər haqqında isə müxtəlif müddətlərdə inzibati həbs verilib.
Cavid Hacıbəyli bu gün həbsdən azad edilib.
Hacıbəyli 16 sutka həbsdə qalıb. ”Binəqədidəki saxlanma məntəqəsində insani münasibət yoxdur. Yeməklərdən xoş olmayan iyi gəlir, yataq dəstləri insan həyatını alçaldır. Bizimlə müqayisədə başqa saxlananlara münasibət daha dözülməz idi. Tələblərimizdən sonra qismən də olsa münasibət dəyişdi.
İlk günlər Orxan Eyyubzadəyə təzyiqlər etdilər, onu təkadamlıq kameraya saldılar. Dünən isə 8 nəfər təcridxana əməkdaşı Tural Sadıqlının əllərini arxadan qandallayaraq yan kamerada gözlərimiz qarşısında zorla dizi üstə oturdaraq böyrəklərinə zərbələr endirdilər. Bu əməliyyat məntəqə rəisi Ramin İmanovun gözləri qarşısında baş verdi”, o qeyd edib.
Hacıbəyli təcridxana əməkdaşlarının hərəkətindən məhkəməyə şikayət edəcəklərini bildirib.
Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Amerikanın Səsinə deyilənlərin əsassız və yalan olduğunu bildirib.
“Deyilənlər ictimai rəyi azdırmaq və diqqəti özlərinə cəlb etmək məqsədi daşıyır. Binəqədidəki İnzibati Həbs Olunanların Saxlanması Məntəqəsi müasir standartlara cavab verir, mərkəzləşdirilmiş istilik və saxlanmaq üçün zəruri olan digər vasitələrlə təchiz edilib. Orada saxlanma şəraiti və yeməklərin keyfiyyəti normalara tam uyğundur. Hər bir müəssisədə olduğu kimi bu tipli məntəqənin də öz daxili nizam-intizam qaydaları mövcuddur və burada saxlanan hər bir şəxs həmin qaydalara riayət etməyə borcludur. Təcridxananın əməkdaşlarını günahlandıran həmin insanların bəziləri rejim qaydalarını mütəmadi pozub, polisin qanuni tələblərini yerinə yetirməkdən nümayişkaranə şəkildə imtina ediblər, dövlət əmlakına ziyan vurublar. Bunun qarşısının alınması məqsədi ilə qanuna uyğun olaraq müəyyən tədbirlər görülüb. Bütün bunlar müvafiq şəkildə sənədləşdirilib”, o qeyd edib.
Mansurzadə həmçinin bütün saxlanma yerlərinə olduğu kimi burada da ciddi dövlət və ictimai nəzarətin olduğunu bildirib.