Accessibility links

Avropa İttifaqı və Avropa Şurası Azərbaycanda jurnalistlərin hüquqlarının pozulmasını pisləyir


Avropa İttifaqının Nümayəndəliyi Azərbaycanda Aİ və Norveç nümayəndəliklərinin rəhbərləri ilə razılıqda bəyanatı yayıb. Avropa Şurasının prezidenti Strasburqda mətbuat konfransı keçirib.

Avropa İttifaqının (Aİ) Nümayəndəliyi Azərbaycanda Aİ və Norveç nümayəndəliklərinin rəhbərləri ilə razılıqda aşağıdakı bəyanatı verir. Aİ Nümayəndəliyi: Bakıda Sulutəpə qəsəbəsində evlərin sökülməsinin çəkilişi zamanı “Zerkalo” qəzetinin və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun jurnalisti İdrak Abbasovun vəhşicəsinə döyülməsini ifşa edir. Təəssüf ki, bu, Azərbaycanda jurnalistlərin qeyri-məqbul təzyiqə məruz qaldığının digər bir nümunəsidir və media azadlığını təmin etmək üçün ölkənin götürdüyü öhdəliklərə ziddir.
Hakimiyyəti hadisəni səmərəli şəkildə araşdırmağa və bu iş üçün məsuliyyət daşıyan günahkarları məhkəmə prosesinə cəlb etməyə, jurnalistlər üçün işçi mühitin təzyiq və hədə-qorxudan azad olmasını təmin etmək üçün bütün lazımi tədbirləri görməyə çağırırıq.
Aİ Nümayəndəliyi fundamental azadlıqlarla bağlı ölkənin öz öhdəliklərinin yerinə yetirilməsində Azərbaycana göstərdiyi yardımı davam etdirir.

“Mən əvvəllər də Azərbaycanda jurnalistlərin hüquqlarının pozulmasına reaksiya verirdim, indi də belə halları pisləyirəm”, - deyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Jan Klod Minyen bazar ertəsi Strasburqda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, AŞ belə faktları yalnız pisləyə bilər. “Eurovsion” müsabiqəsi ərəfəsində AŞ Azərbaycan hakimiyyətini müsabiqəni işıqlandırmağa gələcək jurnalistlərin, həmçinin yerli jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırır. “Biz rəsmi Bakını qanuna və qaydalara riayət etməyə çağırırıq, bu, çox vacibdir”, - deyə o qeyd edib.

XS
SM
MD
LG