Accessibility links

Azərbaycan və Serbiya qazla işləyən elektrik stansiyası tikəck


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Serbiya Prezidenti Aleksandar Vuçiç (Mənbə: Sosial şəbəkə)
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Serbiya Prezidenti Aleksandar Vuçiç (Mənbə: Sosial şəbəkə)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində dekabrın 23-də bu ölkənin xarici işlər naziri Marko Curic və Prezideni Aleksandar Vuçiçlə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Prezident Vuçiçlə görüşdə ikitərəfli strateji tərəfdaşlıq münasibətləri, eləcə də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Aleksandar Vuçiç isə Facebook səhifəsində bildirib ki, nazir Bayramovla mövcud geosiyasi imkanlar, bölgədəki vəziyyət, enerji təhlükəsizliyi, eləcə də Serbiya ilə Azərbaycan ikitərəfli əlaqələri barədə əla və dostcasına söhbət aparılıb.

“Ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmət etdiyinə görə Azərbaycana və Prezident İlham Əliyevə təşəkkür etdim. Serbiyanın həmişə səmimi dost və məsuliyyətli tərəfdaş kimi etibar edilə biləcəyini bir daha bildirdim”, o bildirib.

Serbiya Prezidenti bildirib ki, danışıqların xüsusi diqqət mərkəzində iqtisadi əməkdaşlıq, hərbi sənaye sahəsində əməkdaşlıq və Azərbaycanın EXPO27-də iştirakı olub.

“Niş şəhəri yaxınlığında əlavə elektrik enerjisi mənbəyi təmin edəcək qazla işləyən eklektrik stansiyasının birgə tikintisi planlarımız böyük əhəmiyyət daşıyır”, Serbiya prezidenti qeyd edib.

Vuçiç tezliklə Serbiyada Serbiya və Azərbaycanın Birinci Strateji Şurasının keçirləcəyini bildirib.

2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Srbijagas” şirkəti arasında 2024-cü ildən başlayaraq Azərbaycan qazının Serbiyaya tədarükü ilə bağlı müqavilə imzalanıb.

Sənədə görə, 2024-2026-cı illərdə Serbiya Azərbaycandan illik 400 milyon kubmetrədək qaz alacaq, 2027-ci ildən etibarən tədarükün həcmi 1 milyard kubmetrədək artacaq.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG