Accessibility links

Monteneqroda növbədənkənar parlament seçkiləri keçirilir


Bazar günü Monteneqroda növbədənkənar parlament seçkiləri keçirilir. Ölkədə çoxları ümid edir ki, yeni hökumət iqtisadi islahatlar aparacaq, infrastrukturu təkmilləşdirəcək və artıq NATO-ya üzv olan ölkəni Aİ üzvlüyünə yaxınlaşdıracaq.

Bu, Monteneqroda Sosialistlərin Demokratik Partiyasının (DPS) keçmiş lideri Milo Cukanoviçin iştirak etmədiyi ilk seçkidir. O, bu ilin aprel ayında keçirilən prezident seçkilərində məğlub olub və 30 illik hakimiyyətdən sonra istefa verib.

Ölkə parlamentindəki 81 yer uğrunda 15 partiya və koalisiya mübarizə aparır.

Son sorğular göstərir ki, Avropaya inteqrasiyanın tərəfdarı olan və eyni zamanda Serbiya ilə münasibətləri gücləndirən (partiyaya keçmiş maliyyə naziri Milojko Spajiç rəhbərlik edir) Avropa İndi (PES) 29,1% səslə liderdir.

Apreldə keçirilən prezident seçkilərində PES-dən Yakov Milatoviç qalib gəlib.

“Biz başa düşürük ki, insanlar Monteneqro tipli siyasətdən yorulublar. Parlamentin səsverməsi növbəti dörd il üçün həyatı müəyyən edəcək”, Spajiç bildirib.

Daniil Jivkoviçin rəhbərlik etdiyi Avropayönlü DPS (24,1%) ikinci, millətçi Rusiyayönlü Demokratik Cəbhə (13,2%) isə üçüncü yerdədir.

Monteneqro Aİ üzvlüyünə namizəddir, lakin Avropa İttifaqına üzvlüyünün reallaşması üçün ölkədə korrupsiya və mütəşəkkil cinayətkarlığın kökünü kəsməlidir.

Monteneqro 2017-ci ildə NATO-ya üzv olub. Bu, ölkənin ovaxtkı hökumətinin Rusiya agentlərini və serb millətçilərini günahlandırdığı çevriliş cəhdindən bir il sonra baş verib.

Ötən il Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Monteneqro Serbiyadan fərqli olaraq Aİ-nin Moskvaya qarşı sanksiyalarına qoşulub, Ukraynaya yardım göndərib və bir neçə rus diplomatı ölkədən çıxarıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG