Azərbaycanın hərbi qulluqçusu minaya düşərək xəsarət alıb.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, dekabrın 20-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Ziyad Salmanov Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən piyada əleyhinə minaya düşərək xəsarət alıb.
İlk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçu dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.
Rəsmi məlumatlara görə, 2020-ci il noyabrın 10-da İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günədək 370 nəfər vətəndaş mina partlayışından zərər çəkib, 3 nəfər jurnalist daxil olmaqla, 69 nəfər həlak olub.
Ekspertlərin fikrincə, Azərbaycanın azad edilmiş ərazilərində yüz minlərlə partlamamış mina var.
Forum