Accessibility links

Metyu Miller: ABŞ heç vaxt Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişini COP29 ilə əlaqələndirməyib


Metyu Miller
Metyu Miller

ABŞ heç vaxt Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişini COP29 ilə əlaqələndirməyib.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller oktyabrın 15-də ənənəvi brifinqdə Turan Agentliyinin sualına cavabında deyib.

Millerin sözlərinə görə, ABŞ hələ bir neçə ay əvvəl tərəflərin sülh razılaşması imzalamasını görməyi arzulayıb və buna çalışıb.

“Sonda sazişin imzalanacağına ümid edirik. Amma bu, ABŞ-dan deyil, iki tərəfdən asılıdır”, o bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan son çıxışlarında, o cümlədən sentyabrın 26-da BMT Baş Assambleyasındakı nitqi zamanı rəsmi Bakını razılaşdırılmış müddəalar üzrə sülh sazişi bağlamağa, qalan məsələlər üzrə danışıqları davam etdirməyə çağırıb.

Azərbaycan prezidenti İlham Əliyev Yerevanın bu təklifini reallıqdan uzaq hesab etdiyini bildirib.

”Sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz”, Əliyev oktyabrın 14-ü Belçikanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edərkən deyib.

Sentyabrın 16-da ABŞ Dövlət katibi Antoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Dövlət Departamentinin yaydığı açıqlamaya əsasən, söhbətin diqqət mərkəzində Azərbaycanla Ermənistan arasında "dayanıqlı və ləyaqətli" sülhə doğru səylər olub.

Bundan öncə, sentyabrın 12-də ABŞ Dövlət katibi Antoni Blinken Ermənistanın Bzş naziri Nikol Paşinyanla telefonla danışıb. Telefon danışığı zamanı Antoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı və ləyaqətli sülhün vacibliyini bir daha təsdiqləyib. Dövlət katibi həmçinin tərəflər arasında son irəliləyişləri, o cümlədən sərhədlərin delimitasiyası tənzimlənməsinə dair razılaşmanı alqışlayıb.

Forum

XS
SM
MD
LG