Accessibility links

Rusiyada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün nəzərdə tutulmadığı deyilir


Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş nəzərdə tutulmayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Eyni zamanda, Ermənistan Xarici İşlər Nazirliyi də rəsmi məlumat yayaraq, Rusiyada Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüşün olmayacağını təsdiq edib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sonuncu görüş sentyabrın 26-da Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə keçirilib.

Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

Sentyabrın ortalarında Blinken Azərbaycan və Ermənistan rəhbərləri ilə apardığı telefon söhbətlərində sərhədlərin delimitasiysı istiqamətində əldə olunan irəliləyişləri alqışlayıb, "davamlı və ləyaqətli" sülhün vacibliyini vurğulayıb.

Oktyabrın 6-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Moskva şəhərinə işgüzar səfərə yola düşüb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksək səviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur.

Forum

XS
SM
MD
LG