Accessibility links

Azərbaycan rəsmiləri prezident seçkilərinə xaricdəki elçiliklərdə hazırlıq görüldüyünü bildirir


Seçki qutusu
Seçki qutusu

Azərbaycanda növbədənkənar prezident seçkilərinin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq fevralın 7-də saat 08.00-19.00-da Azərbaycan Respublikasının seçki məntəqələri yaradılmış diplomatik missiyalarında keçiriləcək növbədənkənar Azərbaycan Prezidenti seçkiləri ölkəmizin Çindək Səfirliyində başlayaraq, ABŞ-ın Los Anceles şəhərindəki Baş konsulluğunda tamamlanacaq,” nazirliyin məlumatında deyilir.

Nazirlik bildirilib ki, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan 18 yaşına çatmış vətəndaşlardan ibarət seçici siyahılarını hazırlayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Azərbaycanda fevralın 7-də keçirləcək prezident seçkilərində prezidentlik uğrunda 7 namizəd mübarizə aparacaq. Bunlar hazırki prezident İlham Əliyev, Milli Məclisin deputatı Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.

Azərbaycanın müxalifət partiyaları Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak etmir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edir.

Forum

XS
SM
MD
LG