Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində MDB-dən olan müşahidəçilər missiyasına MDB-nin baş katibi Sergey Lebedev rəhbərlik edəcək.
Bu barədə MDB İcraiyyə Komitəsi məlumat yayıb.
Məlumata görə, Lebedevin namizədliyi MDB-yə üzv dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının qərarı ilə razılaşdırılıb.
MDB müşahidəçilər missiyası Azərbaycan Respublikası Hökumətinin dəvəti ilə seçki kampaniyasının monitorinqini həyata keçirəcək. MDB İcraiyyə Komitəsi Birliyə üzv ölkələrə Missiyanın tərkibinə daxil olacaq nümayəndə namizədlərini göndərmək xahişi ilə dəvətnamələr göndərib. Əvvəlki kampaniyalarda olduğu kimi, missiyanın fəaliyyəti siyasi neytrallıq, seçki prosesinə və dövlətin daxili işlərinə qarışmama, milli qanunvericiliyə ciddi riayət prinsipləri üzərində qurulacaq", məlumatda deyilir.
Bundan öncə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində müşahidəçi missiyasının fəaliyyətə başladığını elan edib.
Növbədənkənar prezident seçkiləri fevralın 7-nə təyin edilib.
Forum