Accessibility links

Ruslan İzzətli: Azərbaycanda insanların seçkiyə güvəni yoxdur


Ruslan İzzətli
Ruslan İzzətli

Siyasətçi Ruslan İzzətli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı siyasi mühitdən danışıb.

Amerikanın Səsi: Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı siyasi mühiti necə qiymətləndirirsiniz? Ədalətli seçki yarışı üçün şərait varmı?

Ruslan İzzətli: Çox təəssüf ki, ildən ilə seçkilərə inam getdikcə azalır. Biz bunu hər beş ildən bir keçirilən seçkilərdəki aktivlikdə də görə bilərik. Hakimiyyət karusel üsulundan istifadə edərək hansısa bir rəqəmi yazırsa, qalibə də hansısa rəqəmi yazırsa, bunu bir kənara qoysaq, reallıq odur ki, Azərbaycanda çox təəssüf ki, insanların seçkiyə və öz səsinə güvəni yoxdur. Bu da ildən ilə ölkədə total seçki saxtakarlığına görədir. Ona görə Azərbaycanda ədalətli seçkinin keçiriləcəyinə inam yoxdur. Ədalətli seçki keçirilməsi üçün bir çox fundamental azadlıqlar var ki, Azərbaycanda məhv edilib. Seçki sadəcə seçki günündən ibarət deyil. Seçkiyə qiymət verəndə seçkiyəqədərki dönəm, seçki prosesi, seçki günü, seçkidən sonrakı proses qiymətləndirilməlidir. Çox təəssüf ki, seçki gününə qədər olan proses, Azərbaycanda ədalətli seçki keçirilməsini sual altına qoyur.

Amerikanın Səsi: Bəzi müxalifət partiyaları seçkilərdə iştirakdan ya imtina etdi və yaxud boykot qərarı verdi. Bu addımları necə qiymətləndirirsiniz?

Ruslan İzzətli: 2013-cü ildən bu günə baxdıqda zaman-zaman müxalifət seçkilərdə ya iştirak edib, ya passiv baykotu seçib. Amma biz bütün hallarda seçkilərdə iştirakın tərəfindəyik. Çünki hakimiyyətin istədiyi iştirtakçının az olmasıdır. Hakimiyyət yaza bilər, rəqəmlərdə iştirakçılıq yüksəkdir. Seşicilər kütləvi şəkildə seçki məntəqəsinə gəlir və bunun nəticəsində hakim partiyanın namizədi 80-90 faizin üzərində səs alıb. Amma, reallıq bu deyil. Reallıq olmadığı üçün, seçici seçki qutusuna gəlmədiyi üçün hakimiyyət istədiyi rəqəmi çıxarda bilir. Çünki kütləvi şəkildə seçici seçki qutusuna gələcəksə, o həm də səsini qorumağa başlayacaq. Bu gün kütləvi olaraq insanlar seçkiyə getmədiyi üçün səsini qoruyacaq şəxslər yoxdur. Zatən onsuz da insanlar özlüyündə fərdi olaraq seçkiləri baykot edir. Bu boykot mühiti hökümətin istədiyi bir mənzərəni yaratmağa əsas verir. Ona görə, mən passiv boykotun tərəfində deyiləm. Hətta boykot edən siyasi qurumlar belə aktiv bir boykotu seçə bilər. Məsələn, Rusiyada Navalnının siyasi qurumu 2018-ci il seçkilərində ölkə üzrə aktiv boykot kampaniyası keçirdi. İnsanların siyasi prosesdə iştirakçılığını təşviq eləmək lazımdır. Bu gün Azərbaycan cəmiyyəti çox təəssüf ki, apatiya bir durumundadır. Bu apatik (biganəlik-red.) durumdan toplumu çıxarmalıyıq.

Ruslan İzzətli: Azərbaycanda insanların seçkiyə və öz səsinə güvəni yoxdur
please wait

No media source currently available

0:00 0:07:18 0:00

Amerikanın Səsi: Sizin də təmsil olunduğunuz “III Respublika Platforma”sının seçkiyə münasibəti necədir?

Ruslan İzzətli: Bizim seçki ilə bağlı rəsmi mövqe sənədimiz yayılıb. Həm rəsmi sosial şəbəkə hesablarımızda, həm mediada bu haqda mövqe sənədimiz yayılıb. Amma onu xüsusi qeyd edim ki, bizim elan tariximizlə, prezidentin növbədənkənar seçkiləri ilə bağlı sərəncamı eyni günə düşdüyü üçün insanlarda belə bir düşüncə yarandı ki, biz seçkilərə görə yaranmışıq. Yəqin ki, prezident seçkisində hər hansı bir namizədimiz var. Amma siyasəti yaxından izləyənlər, peşəkar məşğul olanlar anlayar ki, prezident seçkiləri çox ciddi təşkilatçılıq, ciddi maliyyə resursu tələb edən bir seçkidir. Yeni qurulmuş bir təşkilat olaraq bu seçkilərə qatıla bilməyəcəyik. Hər hansı bir namizədi də dəstəkləməyəcəyik.

Amerikanın Səsi: “III Respublika Platforma”sının yaxın və perspektiv hədəfləri nədir? Bu hədəflərə çatmaq üçün hansı planlarınız var? Cəmiyyətlə kommunikasiyanı necə qurmaq fikrindəsiniz?

Ruslan İzzətli: Biz yaranan gün, konseptual sənədlərimizi bir çox sahələr üzrə elan etdik. Biz elan edəndə də xüsusi ilə altını xətləyərək fikir ifadə elədik ki, biz idarə olunan cəmiyyət yox, özünü idarə edən cəmiyyətin formalaşmasını istəyirik. Bunun üçün çalışacağıq. Bizim missiyamızda respublikaçılıq, sekulyarlıq, desentralizasiya var. Bu və digər konseptual sənədlərimizi biz yaxın zamanlarda insanlarla ünsiyyətə keçərək cəmiyyətdə keyfiyyətli bir diskursun yaradılmasının tərəfindəyik. Çox təəssüf ki, ölkədə siyasi diskurs yoxdur. Ölkədə bir hakimiyyət var. Onun yaratdığı gündəm var. Və yaxud onun apardığı repressiya siyasəti var. Və o müzakirə olunur. Biz ölkədə peşəkar bir siyasi diskursun yaradılmasının tərəfindəyik. İnanırıq ki, biz bu konseptual sənədlərimiz ətrafında ölkədə bir ciddi siyasi diskurs yaradacağıq.

Amerikanın Səsi: Prezident seçkilərindən sonra ölkədə hansı siyasi prosesləri gözləyirsiniz? Hakimiyyət tərəfindən yeni islahatların keçirilməsi mümkündürmü?

Ruslan İzzətli: Çox təəssüf ki, zaman-zaman müxtəlif ekspertlər, müxtəlif şəxslərdən ölkədə islahatlar olacaq, daha yaxşı olacaq fikirlərini eşidirik. Amma özünüz də görürsünüz ki, artıq ölkədə bir seçki sərəncamı verilib. Seçi prosesi başlayıb. Amma bununla paralel bir repressiya siyasəti aparılır. Mən xatırlamıram ki, hansısa bir seçki dönəmində bu cür repressiyalar olsun. Adətən seçki dönəmində repressiyaları dayandırırlar. Müəyyən bir vədlər verirlər. Müəyyən iqtisadi, sosial addımlar atılır ki, insanlardan bir diqqət cəlb elənsin. Yəqin ki, bu da 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra hakimiyyətin arxayınlığının yarandığı bir mühitdir və bu özgüvənlə represiyyaları da rahat apara bilir. Digər geopolitik səbəblər də var. Amma mən seçkidən sonra ölkədə hər hansı bir islahat olacağını inanmıram. Əksinə biz siyasi prosesdə iştirak etməyəcəyiksə, biz seyrci qalacağıqsa və dəyişməni haradansa, kimlərdənsə gözləyəcəyiksə ölkəni daha da ağır duruma gətirib çıxaracaq. Hər bir izləyici son 15 ili beynində xronolji olaraq canlandırsın görsün ki, ölkə haradan hara gəlib. 2024-dən sonra da hər hansı bir müsbət dəyişim olacağına inanmıram. Əgər siyasi prosesdə iştirakçılıq olamaycaqsa belə də qalacaq.

Qeyd: Rəsmi Bakı ölkədə demokratik, azad və ədalətli seçki mühitni təmin etdiyini, həmçinin fundamental azadlıqları tam təmin etdiyini bildirir. Bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyaları Azərbaycanda demokratik və azad seçkilərin keçirildiyi indiyədək olan müşahidə missiyalarının nəticələri ilə bağlı hesabatlarında təsdiq etməyib.

Forum

XS
SM
MD
LG