Accessibility links

ABŞ və Çin liderləri ölkələri arasında diplomatik münasibətlərin 45 ildönümü münasibətilə bir-birini təbrik edib


Çin Xarici İşlər Nazirliyi bazar ertəsi Çin prezidenti Si Tsinpin və ABŞ prezidenti Co Baydenin iki ölkə arasında diplomatik münasibətlərin 45-ci ildönümü münasibətilə bir-birini təbrik etdiyini bildirib.

Nazirliyin bəyanatında deyilib ki, Si Tsinpin mesajında qeyd edib ki, hər iki ölkə "təlatümlərə tab gətirib və ümumilikdə irəliyə doğru gedib" və bu, xalqlarının rifahını yaxşılaşdırıb, bütün dünyada sülh, sabitlik və firavanlığa töhfə verib.

Si Tsinpin Çin və ABŞ arasında diplomatik münasibətlərin qurulmasını ikitərəfli münasibətlər tarixində və qlobal kontekstdə "mühüm hadisə" adlandırıb.

Soyuq münasibətlərə baxmayaraq, Bayden administrasiyasının rəsmiləri ABŞ prezidenti ilə Çin liderinin gərginliyi azaltmaq üçün atılacaq addımları müzakirə etdiyi San-Fransiskoda keçirilən noyabr sammiti ərəfəsində əlaqələri və etimadı bərpa etmək məqsədi ilə bir neçə dəfə Pekinə səfər edib.

Si Tsinpin deyib ki, sammit gələcəyə yönəlmiş əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətlərini müəyyən etməyə yardım edib.

Si Tsinpin "Mən Çin-ABŞ münasibətlərinin xalqlarımızın maraqlarına cavab verən yolla getməsini təmin etmək, dünyada sülhü və inkişafı təşviq etmək üçün prezident Baydenlə birlikdə işləməyə hazıram" deyib.

Noyabr ayında ABŞ-da prezident seçkiləri keçiriləcək və bu seçkilərdə Co Baydenin rəqibi seçki kampaniyasında anti-Çin ritorikasından fəal şəkildə istifadə edən keçmiş prezident Donald Tramp ola bilər.

Yeni il ərəfəsində Çin lideri Rusiya prezidenti Vladimir Putinlə də təbrik mübadiləsi aparıb. Bu il Çin və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümüdür.

Forum

XS
SM
MD
LG