Accessibility links

Məhkəmə Qubad İbadoğlunun müalicə müəssisəsinə köçürülməsi ilə bağlı vəsatəti icraata qəbul etməyib


Qubad İbadoğlu
Qubad İbadoğlu

Dekabrın 19-da Bakının Nərimanov rayon Məhkəməsi iqtisadçı alim Qubad İbadoğlunun Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülməsi ilə bağlı vəkillərin vəsatətini icraata qəbul etməyib.

Bu barədə Amerikanın Səsinə vəkil Zibeydə Sadıqova bildirib.

Vəkil apellyasiya şikayəti verəcəyini deyib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliynin Baş Tibb İdarəsinin nümayəndəsi Qubad İbadoğlunun səhhətinin normal olduğunu və bu səbəbdən müalicə müəssisəsinə köçürülməsinə ehtiyac duyulmadığını bildirib.

Vəkil deyib ki, Qubad İbadoğlu məhkəmədə işrirak edib və səhhəti ilə bağlı xüsusi nüansları məhkəmənin diqqətinə çatdırıb.

“Qubad İbadoğlu dedi ki, müalicəyə ehtiyacı var, davamlı olaraq həkimə ehtiyac duyur. İstintaq təcridxanasında həkimlər onu yalnız müayinə edə bilir. Ona görə də ciddi müalicə olunması üçün müalicə müəssisəsinə köçürülməsini istəyir. Amma Tibb Baş İdarəsinin nümayəndədi bunu məsləhət bilmədi”, o qeyd edib.

Vəkil: Məhkəmə Qubad İbadoğlunun müalicə müəssisəsinə köçürülməsi barədə vəsatəti icraata qəbul etmədi
please wait

No media source currently available

0:00 0:02:05 0:00

İqtisad elmləri doktoru, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu barəsində bu il iyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG