Accessibility links

Azərbaycan Prezidentinin köməkçisi Avropa İttifaqında müzakirələr aparıb


Azərbaycan Prezidentinin köməkçisi Avropa İttifaqında (Foto: Avropa Şurası prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordunun "X" platformasından götürülüb)
Azərbaycan Prezidentinin köməkçisi Avropa İttifaqında (Foto: Avropa Şurası prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordunun "X" platformasından götürülüb)

“Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının (Aİ) mühüm tərəfdaşıdır”.

Bu barədə Avropa Şurası prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşündən sonra özünün "X" (keçmiş Twitter) hesabında yazıb.

"Avropa İttifaqı dinc və çiçəklənən Cənubi Qafqazın inkişafı üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləməyə davam edəcək", o qeyd edib.

Azərbaycan və Ermənistan liderləri arasında Avropa İttifaqı vasitəçiliyi ilə bu ilin oktyabtrında planlaşdırılan son iki görüş baş tutmasa da, Aİ davamlı sülhün əldə edilməsi istiqamətində səyləri davam etdirmək əzmində olduğunu qeyd edib.

Aİ dövlət və hökumət başçıları oktyabr ayında baş tutan sammitdə Azərbaycan və Ermənistan arasında suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında münasibətlərin normallaşdırılmasına və regionda davamlı sülhün əldə olunmasına sadiq olduqlarını, habelə Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 4-ü Almaniyanın xarici işlər naziri Annalena Berbokla Bakıda baş tutan görüşü zamanı Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin imzalanmasını və regional sülh gündəliyini dəstəklədiyini deyib. Prezident Əliyev bunu noyabrın 13-də Bakıda ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma ilə görüşdə də təsdiqləyib.

Noyabrın 12-dəParis Sülh Forumunda çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan da Ermənistanın ilin sonunadək Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu deyib. Paşinyan qeyd edib ki, Azərbaycan ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı kimi prinsipləri təsdiqləyərsə, sülh müqaviləsi üzrə işlərin 70 faizi tamamlanacaq.

Forum

XS
SM
MD
LG