Accessibility links

Beynəlxalq Qızıl Xaç Komitəsi 50 nəfəri Qarabağdan Ermənistana köçürüb


Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanda (Mənbə: BQXK)
Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanda (Mənbə: BQXK)

“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) həssas durumda olan 50 nəfərin istəklərinə uyğun olaraq, Qarabağdan Ermənistana köçürülməsini təmin edib”.

Bu barədə Beynəlxalq Qözıl Xaç Komitəsinin Bakı nümayəndəliyi məlumat yayıb.

Məlumatda deyilir ki, göndərilən şəxslərin əksəriyyəti Ermənistandakı ailələrinə qovuşub.

“Qarabağda qalanlardan 20-yə yaxın şəxsə ərzaq bağlamaları və gigiyena vasitələri çatdırılıb və onlar BQXK-nın tibb işçiləri tərəfindən tibbi müayinədən keçib. Həmçinin, Qarabağda olan 25 nəfər video və telefon zəngləri vasitəsilə Ermənistan və digər ölkələrdəki yaxınları ilə əlaqə saxlaya bilib”, BQXK-nin Bakı ofisi bildirib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağ ermənilərinin yaşadığı ərazidə hərbi əməliyyat keçirib. Əməliyyatın başlamasından 24 saat sonra separatçı qüvvələr təslim olub və Azərbaycan ordusu bölgəyə tam nəzarəti bərpa edib.

Azərbaycan rəsmilərinin Qarabağ ermənilərinin reinteqrasiyasını həyata keçirmək istədiyini bildirməsinə baxmayaraq, hərbi əməliyyatdan sonrakı günlər ərzində Qarabağda yaşayan təxminən 100,000 erməni bölgəni tərk edərək Ermənistana üz tutub. Hal-hazırda Qarabağda çox az sayda erməninin qaldığı bildirilir.

Ermənistan Azərbaycanı etnik təmizləmədə ittiham edir. Rəsmi Bakı isə bu ittihamları rədd edir və Azərbaycanda qalmaq istəyən hər bir Qarabağ ermənisinə bu imkanın tanındığını bildirir. Azərbaycan hökuməti ölkədə qalmaq qərarı verənlərin hüquqlarına hörmət ediləcəyini vəd edib.

Forum

XS
SM
MD
LG