Accessibility links

Azərbaycan və İtaliya müdafiə nazirləri hərbi sahədə əməkdaşlığı müzakirə ediblər


Zakir Həsənov və Quido Krosetto (Mənbə: Azərbaycan Müdafiə Nazirliyi)
Zakir Həsənov və Quido Krosetto (Mənbə: Azərbaycan Müdafiə Nazirliyi)

Noyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərində keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənov və İtaliya müdafiə naziri Quido Krosetto görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

İtaliyanın müdafiə naziri bundan öncə - bu il yanvarın 12-də Azərbaycanda səfərdə olub.

İki ölkənin müdafiə nazirlərinin görüşündə hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub. Sonda müdafiə nazirləri təlim və təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolunu imzalayıb.

Həsənov Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində, eləcə də NATO çərçivəsində əməkdaşlığın sürətlə davam etdiyini və bu münasibətlərin yüksək qiymətləndirildiyini vurğulayıb. Krosetto isə hər iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.

Bu il iyunun 8-də Azərbaycan İtaliya ilə bir neçə C-27J Spartan təyyarələri alınması barədə müqavilə imzalayıb.

Forum

XS
SM
MD
LG