Accessibility links

Azərbaycan və İtaliya hərbi təlim və təhsil sahəsində əməkdaşlıq protokolu imzalayıb


Azərbaycan və İtaliya müdafiə nazirləri Zakir Həsənov və Quido Krosetton (Mənbə Azərbaycan Müqdafiə Nazirliyi)
Azərbaycan və İtaliya müdafiə nazirləri Zakir Həsənov və Quido Krosetton (Mənbə Azərbaycan Müqdafiə Nazirliyi)

Azərbaycan və İtaliya müdafiə nazirləri hərbi təlim və təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 12-də Azərbaycan müdafiə naziri Zakir Həsənov Azərbaycanda səfərdə olan İtaliyanın müdafiə naziri Quido Krosetton ilə görüşüb.

Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Sonda hər iki ölkənin müdafiə nazirləri təlim və təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolunu imzalayıb.

Nazir Həsənov Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində, eləcə də NATO çərçivəsində əməkdaşlığın sürətlə davam etdiyini və bu münasibətlərin yüksək qiymətləndirildiyini vurğulayıb.

Quido Krosetto isə öz növbəsində hər iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.

Bu, İtaliya müdafiə nazirinin Azərbaycana ilk səfəridir.

İki ölkə arasında son on ildə ikitərəfli hərbi əməkdaşlıq planları imzalanıb. Azərbaycan və İtaliya hərbi, hərbi-texniki sahədə əmkdaşlıq edir.

XS
SM
MD
LG